“Prezidentin rəhbərliyi ilə qazanılan qələbəmizdə Heydər Əliyev ideyalarının vacib rolu var”

“Prezidentin rəhbərliyi ilə qazanılan qələbəmizdə Heydər Əliyev ideyalarının vacib rolu var”
SİYASƏT
13:58 25.11.2023
573
"Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbəmizin qazanılmasında məhz Heydər Əliyev ideyalarının vacib rolu var”.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Peşəkar 100 il” İdarəçilik Marafonu adlı tədbirdəki çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ümummilli lider müstəqil Azərbaycan dövlətinin sağlam təməlinin nə dərəcədə möhkəm qoyduğunu bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlərdən aydın görmək mümkündür:

"Heydər Əliyevin ən önəm verdiyi əsas məqam hər bir sahədə peşəkarlığın olması idi. Dövlətin öz məqsədlərinə çatmasında vacib amil də məhz peşəkarlıqdır. Bu baxımdan Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin iqtisadi, siyasi, sosial, mədəni və bir çox sahələrdə inkişaf etməsi və dirçəlməsi üçün peşəkar kadrların yaradılmasına xüsusi önəm verdi. Kadr potensialının yaradılması üçün bir çox islahatlar həyata keçirdi və dövlətə xidmət edən insanlar ordusunu yetişdirdi”.

Ə.Əhmədov bildirib ki, ümummilli lider Heydər Əliyev dövrünün ən vacib siyasət adamlarından biri olub:
"Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə baş verən bütün müsbət dəyişikliklər məhz onun adı ilə bağlıdır. Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbəmizin qazanılmasında məhz Heydər Əliyev ideyalarının vacib rolu var.

Ulu öndərin siyasi fəaliyyətinin əsas amalı Azərbaycana xidmət etmək olub, hansısa sistemə yox. Bu mənada Heydər Əliyevin uzun siyasi fəaliyyətini təhlil edərkən onun vətənini sevən, xalqına xidmət edən bir şəxsiyyət olduğu aydın görünür”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
20:35 11.07.2026
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
20:25 11.07.2026
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
20:20 11.07.2026
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
20:18 11.07.2026
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
20:17 11.07.2026
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
20:00 11.07.2026
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
19:57 11.07.2026
İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
Avropada anomal istilər dalğası - Ən təhlükəli vəziyyət NƏ VAXTA GÖZLƏNİLİR?
19:45 11.07.2026
Avropada anomal istilər dalğası - Ən təhlükəli vəziyyət NƏ VAXTA GÖZLƏNİLİR?
Bulvarda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi - VİDEO
19:24 11.07.2026
Bulvarda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi - VİDEO
Azərbaycan Prezidenti: Artıq köçkün həyatı keçmişdə qaldı
19:15 11.07.2026
Azərbaycan Prezidenti: Artıq köçkün həyatı keçmişdə qaldı
İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb
19:14 11.07.2026
İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb
Elvin Cəfərquliyev yaşlı azarkeşlə görüşdü - FOTO
18:53 11.07.2026
Elvin Cəfərquliyev yaşlı azarkeşlə görüşdü - FOTO
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
18:52 11.07.2026
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir
18:50 11.07.2026
Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir
Heyvanların daşınmasına dair yeni tələblərlə bağlı rəsmi AÇIQLAMA
18:37 11.07.2026
Heyvanların daşınmasına dair yeni tələblərlə bağlı rəsmi AÇIQLAMA
Aİ ölkəsi prezidenti Azərbaycana səfər edəcək
18:25 11.07.2026
Aİ ölkəsi prezidenti Azərbaycana səfər edəcək