AZXEBER.com-un məlumatına görə, saytı dağıdan hakerlər Afinada Sintagma Meydanında qəzəbli vətəndaşların etirazlarını əks etdirən video yerləşdiribər. Həmçinin "Orestis" imzasıyla "Oyandıq! Buradayıq, güçlüyük və çoxluğuq. Artıq bizi heç kim istismar edə bilməz. Bizim heç kimə borcumuz yoxdur. Yaşamaq istəyirik, sərbəst nəfəs almaq istəyirik, Yunanıstanın yunanlılara məxsus olmasını istəyirik” sözləri olan bir mətn yerləşdirilib.
Yunan mediasının yaydığı xəbərə görə, sayt problem aradan qaldırılana qədər bağlanıb və bu gün səhər saatlarında fəaliyyəti bərpa edilib.