Prezidentin Xankəndi səfərinin önəmi - Azərbaycan ərazi bütövlüyünü tam olaraq bərpa etdi

Prezidentin Xankəndi səfərinin önəmi - Azərbaycan ərazi bütövlüyünü tam olaraq bərpa etdi
SİYASƏT
10:04 16.10.2023
1987
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Xankəndinə səfəri və Azərbaycan Bayrağının lokal antiterror əməliyyatından sonra işğaldan azad olunmuş məntəqələrimizdə dalğalanması çox mühüm əhəmiyyət kəsb edən mesajdır".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Prezident İlham Əliyevin Xankəndi və digər işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Bayrağını ucaltmasından danışarkən deyib.
 

 

Deputat bildirib ki, Ali Baş Komandanın bu addımından dostlarımız sevinir, düşmənlərimiz dərs çıxarır:
 
"Təbii ki, dost buna sevinir, düşmən isə öz nəticəsini çıxarır. Əsas məsələ ondan ibarətdir ki, cənab Prezident 2003-cü ildə Prezident  kürsüsünə əyləşdikdən sonra öz andiçmə mərasimində qeyd etmişdi ki, bütün Azərbaycan ərazisində suverenliyimiz və ərazi bütövlüyümüz bərpa olunacaq. O, bunu etdi. Özü şəxsən işğaldan azad edilmiş ərazilərimizdə Bayrağımızı qaldırdı. İkinci məqam ondan ibarətdir ki, o bir daha revanşist qüvvələrə mesaj göndərdi ki, vaxtilə özlərinə müxtəlif vəzifələr icad etmiş həmin şəxslər bizi təhdid edirdilər.
 
İndi isə onlar öz cəzalarını gözləyirlər. Digər məqam isə budur ki, Azərbaycan birmənalı şəkildə özünün ərazi bütövlüyünü bərpa etdi və bundan sonra həmin ərazilərdə qalan erməni sakinlərlə reinteqrasiya məsələsi, eyni zamanda dinc quruculuq işləri davam etdiriləcək. Bütün işğaldan azad edilmiş ərazilərdə bu proses davam edəcək. Bu gün biz dünyaya göstərdik ki, Ermənistana dəfələrlə danışıqlar təklif etdik, dinc halda bu proseslərə son qoyulmasını istədik, lakin onlar həmin şərt və təklifləri qəbul etmədi, bu səbəbdən onlar layiqincə cəzalarını aldılar. Bu gün Azərbaycan öz sərhədlərini tam şəkildə bərpa etməklə suveren, qətiyyətli Ali Baş Komandan, rəşadətli ordu və həm orduya, həm də özünün Ali Baş Komandanına inanan bir xalqın vəhdətidir, birləşməsidir. Bu vəhdət istənilən zorakılığın, təcavüzün qarşısını almağda qadirdir və belə də olacaq".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nuran yeni layihəsini təqdim etdi
20:29 06.11.2026
Nuran yeni layihəsini təqdim etdi
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
20:21 06.11.2026
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
20:12 06.11.2026
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
20:06 06.11.2026
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
20:00 06.11.2026
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
19:52 06.11.2026
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
19:36 06.11.2026
"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
19:12 06.11.2026
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
Mask Ukraynanın "Starlink"ə qoşulmasını səhv hesab edir
18:59 06.11.2026
Mask Ukraynanın "Starlink"ə qoşulmasını səhv hesab edir
Belçika Kralı baş nazirin istefa xahişini rədd edib
18:49 06.11.2026
Belçika Kralı baş nazirin istefa xahişini rədd edib
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb
18:36 06.11.2026
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - Yenilənib
18:29 06.11.2026
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - Yenilənib
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
18:09 06.11.2026
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
"Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər"
18:07 06.11.2026
"Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər"
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
18:06 06.11.2026
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
"Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq"
18:05 06.11.2026
"Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq"