Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye

Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
SİYASƏT
15:31 28.07.2026
395

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı son sərəncamlarla ölkənin diplomatik korpusunda mühüm kadr dəyişiklikləri baş tutub. Sərəncama əsasən, Azərbaycan Respublikasının İtaliya,Tacikistan və Qazaxıstanda yeni səfirləri təyin edilib. 

AZXEBER.COM yeni təyinat alan səfirlərin dosyesini təqdim edir:

Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri 

Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistanda, eyni zamanda Banqladeşdə, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Dövlət başçısının digər Sərəncamı ilə E.Hüseynli Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Elçin Hüseynli uzun illər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik problemləri idarəsinin rəisi vəzifəsində çalışıb. 10 oktyabr 2023-cü il tarixində dövlət başçısının Sərəncamı ilə Azərbaycanın Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə gətirilib. O, eyni zamanda Azərbaycanın Banqladeş, Butan, Maldiv, Nepal və Şri-Lankadakı rezident və qeyri-rezident səfiri statusunu daşıyıb. 2026-cı ilin iyulunda bu missiyasını uğurla başa vuraraq geri çağırılıb.

Göstərdiyi xidmətlərə görə 9 iyul 2024-cü ildə Prezident İlham Əliyev tərəfindən ona "İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi" diplomatik rütbəsi verilib.

Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri

Əlimirzamin Qəvvam oğlu Əskərov 1959-cu ildə anadan olub.

1981-ci ildə Leninqrad Dövlət Universitetini, 1993-cü ildə isə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib.

1992-2021-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

1994-1998-ci illərdə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində birinci katib vəzifəsində fəaliyyət göstərib.

1998-2012-ci illərdə Xarici İşlər Nazirliyində şöbə müdirinin müavini, şöbə müdiri, həmçinin İnsan hüquqları, demokratikləşmə və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrində çalışıb.

2012-2017-ci illərdə Azərbaycanın Çexiya Respublikasındakı səfirliyində müşavir olub.

2017-2021-ci illərdə Xarici İşlər Nazirliyinin Humanitar və Sosial Məsələlər İdarəsinin rəisi vəzifəsində işləyib.

16 iyul 2021-ci ildən Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib.

Prezident İlham Əliyevin sərəncamı ilə Tacikistandakı səfir vəzifəsindən geri çağırılıb və Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Rus, ingilis, fars, çex və tacik dillərini bilir.

Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri

Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

Elxan Cahangir oğlu Qəhrəman 22 aprel 1965-ci ildə Bakı şəhərində anadan olub.

1989-cu ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini, 2000-ci ildə isə Vyana Diplomatik Akademiyasını bitirib.

Əmək fəaliyyətinə 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının jurnalında baş redaktor kimi başlayıb və 1991-ci ilədək həmin vəzifədə çalışıb.

1991-1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində ikinci katib vəzifəsində işləyib. 1995-1997-ci illərdə Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyində ikinci katib, 1997-1998-ci illərdə isə yenidən Xarici İşlər Nazirliyində ikinci katib olub.

1998-1999-cu illərdə Xarici İşlər Nazirliyində birinci katib, 1999-2001-ci illərdə isə şöbə müdiri vəzifələrində çalışıb.

2001-2006-cı illərdə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində birinci katib olub. 2006-cı ildə həmin səfirliyin Dubaydakı ofisində konsul vəzifəsinə təyin edilib.

2006-2007-ci illərdə Xarici İşlər Nazirliyində şöbə müdiri, 2007-2009-cu illərdə isə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərib.

2009-2015-ci illərdə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri, 2016-2022-ci illərdə isə Azərbaycanın Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

İngilis, rus və türk dillərini bilir. Evlidir, bir övladı var

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
17:21 28.07.2026
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
15:56 28.07.2026
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
15:55 28.07.2026
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
15:31 28.07.2026
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
15:24 28.07.2026
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
15:17 28.07.2026
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
15:13 28.07.2026
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət