Prezidentlər arasında görüş başladı

Prezidentlər arasında görüş başladı
Bütün Xəbərlər
12:24 12.03.2012
1085
Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç ilə birgə görüşü olub.
AZXEBER.COM-un AzerTac-a istinadən verdiyi məlumata görə, sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin təkbətək görüşü keçirilib.Görüşdə Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Dövlətlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR