Prezidentlərin Soçi görüşünün pərdəarxası məqamları – POLİTOLOQ RƏYİ

Prezidentlərin Soçi görüşünün pərdəarxası məqamları – POLİTOLOQ RƏYİ
Bütün Xəbərlər
14:03 21.01.2012
1317

Yanvarın 23-24-də Soçidə Rusiya prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş keçiriləcək. Üçtərəfli formatda keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları müzakirə ediləcək.

Mövzuyla bağlı AZXEBER.COM portalı politoloq Qabil Hüseynlinin fikirlərini öyrənib.

-Qabil müəllim, bu dəfəki Soçi görüşündən nələr gözlənilir?

İstənilən halda prezidentlərin görüşü müsbət haldır. Bu danışıqlar cəmiyyətdə sülh danışıqları təəssüratını yaradır. XİN səviyyəsində görüşlərin keçirilməməsi, görüşün vaxtının qəfildən açıqlanması onu göstərir ki, bu görüş daha çox Medvedyevin təşəbbüsüdür. Rusiya göstərir ki, Qafqazda hələ də hər şeyə yön verən odur.

Nəticələrə gəldikdə isə, bu artıq keçirilən 10-cu görüşdür. Mövcud problemin həllinin bir yolu var : “Görüşün beynəlxalq hüquq normalarına uyğun keçirilməsi. İşğal edilmiş Azərbaycan torpaqları bu görüşdə 1-ci məsələ olmalıdır. Amma Ermənistan hər dəfə Dağlıq Qarabağa status verilməsi məsələsini önə çəkir. Birmənalı şəkildə Azərbaycan bununla heç vaxt razılaşmayacaq.

Həmçinin, Minsk qrupu həmsədrlərinə Medvedyev bu dəfə müraciət etməyib. Bu da mənim üçün müəmmalı oldu. Görünür , kimlərinsə imicini qorumaq üçün bu görüş təşkil edilib.

-Qabil müəllim, görüşdən öncə iki ölkə arasında olan münasibətləri necə qiymətləndirirsiniz?

Görüşə qədərki prosesi qənaətbəxş hesab etmirəm . Çünki əvvəlki dövürlərə baxsaq görərik ki, bu günə qədər 9 görüş keçirilib. Bütün görüşlərdə Ermənistan tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirib. Bununla da onlar həmişə gündəmi dəyişməyi bacarıb.

-Görüşlərin Soçidə keçirilməsi ilə Medvedyev nəyə nail olmağa çalışır?

Rusiya prezidenti yay-qış məzuniyyətini Soçidəki prezident iqamətgahında keçirir. Həmçinin Soçi Qış Olimpiadasının Mərkəzidir. Şəhərin təbliğatı üçün bu vacib addımdır.

Gülnarə Bayramova

OXŞAR XƏBƏRLƏR