Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Türkmənistan Prezidentləri İlham Əliyevlə Sərdar Berdiməhəmmədovun Şuşa şəhərində birgə gəzintisindən görüntülər paylaşıb.
AZXEBER.COM xəbər verir ki, H.Hacıyevin "X” hesabında edilən paylaşımda həmçinin deyilir:
"İki qardaş ölkənin – Azərbaycan və Türkmənistan Prezidentlərinin tarixi Şuşa şəhərində birgə gəzintisi xalqlarımız arasında mövcud olan möhkəm dostluq bağlarının, ortaq mədəni irsin və qarşılıqlı etimadın bariz ifadəsi olmaqla yanaşı, strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə yönəlmiş ortaq iradəni əks etdirir”.











































