Priqojinin müttəfiqi hesab edilən rusiyalı general ev dustaqlığına salınıb?

Priqojinin müttəfiqi hesab edilən rusiyalı general ev dustaqlığına salınıb?
DÜNYA
19:34 16.08.2023
296
"Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin müttəfiqi hesab edilən rusiyalı general Sergey Surovikin Moskvanın Ukraynada başlatdığı müharibədə rəhbərlik mövqeyindən uzaqlaşdırılıb.

Hazırda onun ev dustaqlığında olduğu bildirilir.

Bu barədə rusiyalı hərbi bloqerlər arasında və KİV-də xəbərlər yayılıb.

Belə ki, Rusiya təhlükəsizlik qüvvələrinə yaxın şəxs tərəfindən idarə olunduğu hesab edilən "VÇK-OQPU” "Telegram” kanalının verdiyi məlumata görə, Surovikin hazırda "bir növ ev dustaqlığındadır”. O, olduğu mənzili tərk edə bilməz, lakin ona baş çəkilməsinə, xüsusən də tabeliyində olan bir neçə nəfərin onu ziyarət etməsinə icazə verilir.

Çeçenistan və Suriyadakı aqressiv hərbi strategiyalarına görə "Armageddon generalı” kimi tanınan Surovikin 2023-cü ilin iyununda "Vaqner”çilərin Moskvaya "yürüşü”ndən sonra ictimaiyyət arasında görünmür. Belə ki, onun Priqojin tərəfindən planlaşdırılan üsyandan xəbəri olduğu barədə məlumatlar yayılıb.
Bu məlumatın ortaya çıxması Rusiyanın keçmiş general-leytenantı, hazırda Dövlət Dumasının deputatı olan Viktor Sobolevin Surovikinin Ukraynadakı Rusiya qüvvələrinin komandanı vəzifəsindən uzaqlaşdırıldığını elan etməsindən bir neçə gün sonraya təsadüf edir.

Sobolev, həmçinin, Surovikinin qayıda biləcəyinə işarə vurub və generalın ciddi qanun pozuntularına yol vermədiyi aşkar olunmasa, sonradan orduya faydalı ola biləcəyini bildirib.

Kreml hələlik general Sergey Surovikinin harada olması ilə bağlı rəsmi açıqlama verməyib. Həmçinin, Yevgeni Priqojinin muzdlularının yürüşü haqqında məlumatlı olduğuna dair xəbərləri də şərh etməyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
01:15 24.08.2026
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
00:33 24.08.2026
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
Bu həftə bu bürclər üçün uğurlu olacaq
00:28 24.08.2026
Bu həftə bu bürclər üçün uğurlu olacaq
Bu ərazilərdə işıq olmayacaq
00:21 24.08.2026
Bu ərazilərdə işıq olmayacaq
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
00:07 24.08.2026
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
23:48 23.08.2026
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
23:33 23.08.2026
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
23:24 23.08.2026
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
23:20 23.08.2026
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
23:10 23.08.2026
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
23:08 23.08.2026
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
Xətaidə yaşayış binasında yanğın - VİDEO
22:59 23.08.2026
Xətaidə yaşayış binasında yanğın - VİDEO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
22:47 23.08.2026
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
22:34 23.08.2026
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
22:31 23.08.2026
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
22:10 23.08.2026
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist