Professordan şok xəbərdarlıq: “Sünni-şiə toqquşması planlaşdırılır

Professordan şok xəbərdarlıq: “Sünni-şiə toqquşması planlaşdırılır
Bütün Xəbərlər
19:50 02.01.2012
1750

Sədat Laçınər: "Türkiyədə sünnü-şiə toqquşması planlaşdırılır"

AZXEBER.COM portalının “trtazerbaycan”a istinadən verdiyi xəbərə görə, Çanaqqala 18 Mart Universitetinin rektoru Sədat Laçınər Türkiyədə şiə-sünni toqquşmasının planlaşdırıldığını söyləyib.

Laçınər şiələri təhqir etdiyinə dair iddiaları təkzib edib. Professor bu gün verdiyi yazılı açıqlamada Türkiyə cəfərilərinin lideri Səlahəddin Özgündüzü sözlərini təhrif etməkdə suçlayıb.

Türkiyə üzərində şiə-sünni oyununun oynandığını bildirən Laçınər "mənim bu böyük və çirkli oyunda seçilmiş qurbanlardan sadəcə biri olduğum açıqdır" deyib. Professor bütün Türkiyəni məzhəb qızışdırıcılığına qarşı diqqətli olmağa çağırıb.

Şiələri təhqir etdiyi iddia edilən proqramdakı çıxışının ilk hissələrinin kəsildiyini və məzmununun dəyişdirildiyini vurğulayan Laçınər təhqir etmədiyini, hətta məzhəbçi yanaşmaların nə qədər səhv olduğunu söylədiyini diqqətə çatdırıb.

Sədat Laçınər Səlahəddin Özgündüzdən üzr gözlədiyini, əks təqdirdə onu məhkəməyə verəcəyini bildirib.

Qeyd edək ki, Özgündüz TRT-də yayımlanan "Açı" adlı proqramda Laçınərin şiələri azğın və dini separatçı adlandırdığını iddia edib.

OXŞAR XƏBƏRLƏR