Prokuror Pərviz Həşimliyə 9 il iş istədi

Prokuror Pərviz Həşimliyə 9 il iş istədi
Bütün Xəbərlər
17:56 12.05.2014
857

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

AZXEBER.COM APA-ya istinadən verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, P. Həşimlinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hazırda proses davam etdirilir   Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR