Bundan başqa, xidməti, icra və əmək intizamının pozuntusu hallarına yol verdiklərinə, eyni zamanda qanun pozuntularının aradan qaldırılması üçün səlahiyyətləri çərçivəsində vaxtında zəruri tədbirlərin görülməsini təmin etmədiklərinə görə 14 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub, onlardan 11 nəfərə şiddətli töhmət və töhmət elan edilib. Eləcə də, tabeliklərində olan əməkdaşlara münasibətdə tələbkarlıqları zəruri səviyyədə olmayan, aşkar edilən qanunsuzluq faktlarına münasibətdə prinsipiallıq göstərməyən, fəaliyyətlərində cəza tətbiqi üçün əsas olmaqla qanunsuzluqlara yol verən 5 rayon və şəhər prokuroru, Baş Prokurorluq və Bakı şəhər prokurorluğunun məsul şəxsləri intizam məsuliyyətinə cəlb edilib.
Azərbaycan Respublikası Prokurorluğu orqanları bundan sonra da bütün mənfi təzahürlərə qarşı barışmaz mübarizə xəttinin qətiyyətlə davam etdirməklə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallığını daha da artıracaq.