Prokurorluq əməkdaşları Xaləddin İsgəndərovu dindirdi - 15 nəfərin ölümünə görə

Prokurorluq əməkdaşları Xaləddin İsgəndərovu dindirdi - 15 nəfərin ölümünə görə
Bütün Xəbərlər
16:09 26.05.2015
2979

Binəqədinin icra başçısı 15 nəfərin öldüyü yanğına görə açılan cinayət işi çərçivəsində sorğu-sual edilib.

Mayın 19-da Bakının Binəqədi rayonunda baş verən yanğın hadisəsinə görə, icra başçısı Xaləddin İsgəndərov prokurorluq əməkdaşları tərəfindən dindirilib.

AZXEBER.COM-un azvison.az-a istinadən xəbərinə görə, bu barədə Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib. Qeyd edilib ki, 15 nəfərin öldüyü yanğına görə açılan cinayət işi çərçivəsində icra başçısı Xaləddin İsgəndərov bəzi məsələlərlə bağlı sorğu-sual edilib.

İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova bu xəbəri təkzib etməyib. Bildirib ki, hadisəyə görə icra hakimiyyətinin bir neçə səlahiyyətli nümayəndəsi istintaqa çağırılıb.

"İstintaq getdiyi üçün və istintaqın gedişinə kömək məqsədilə Xaləddin İsgəndərova hadisə ilə bağlı suallar verilə bilər. Lakin bununla bağlı istintaqa çağırılma olmayıb. İcra başçısı səhərdən axşama kimi iş başındadır.

Demək olar ki, hər gün yanğın olan binanın yanına gedir, oradakı işlərlə maraqlanır, sakinlərlə görüşür. Bəzi mətbuat orqanlarında da istintaqa cəlb olunanların adları verilir. Hesab edirəm ki, bu istintaq sirridir".

Şöbə müdiri Xaləddin İsgəndərovun həbs olunacağı ilə bağlı xəbərlərin doğru olmadığını deyib. Onun sözlərinə görə, icra başçısı yalnız sorğu-sual edilib və onun həbs edilməsi gözlənilmir.

"Binanın fasadlarının üzlənməsində məsul olan şəxslər var. Artıq bir neçə nəfər həbs edilib. Həbs edilənlər arasında icra hakimiyyətinin şöbə müdiri Ədalət Şükürov da var. Təbii ki, bu həbslərlə bağlı Xaləddin İsgəndərova sual ünvanlana bilər. Butəbiidir. Sualların ünvanlanacağı birinci yer icra hakimiyyətidir. Suallar da sənədlərlə bağlıdır. Amma təbii ki, qanun nəyi deyəcəksə,o da olacaq"-deyə N.Allahyarova bildirib.

Qeyd edək ki, may ayının 19-da Bakının Binəqədi rayonu Azadlıq prospektində 16 mərtəbəli binada baş verən dəhşətli yanğında 15 nəfər dünyasını dəyişib, 50-dən çox insan yaralanıb. Açılan cinayət işi üzrə 6 nəfər həbs olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
00:53 09.08.2025
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
00:43 09.08.2025
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
00:42 09.08.2025
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
00:40 09.08.2025
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
00:33 09.08.2025
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
00:32 09.08.2025
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
00:15 09.08.2025
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək