Prorektorun oğlu şəhid oldu

Prorektorun oğlu şəhid oldu
SOSİAL
11:45 29.11.2020
1886
Lənkəran Dövlət Universitetinin prorektoru Kamran Kazımovun oğlu baş leytenant Vüsal Kazımov şəhid olub.

AZXEBER.COM xəbər verir ki, Lənkəranın Yuxarı Nüvədi kənd sakini olan Vüsal sonuncu dəfə oktyabrın 26-da evlə danışıbmış.

Ailəsinə verilən məlumata görə, son dəfə Daşaltı və Şuşa əməliyyatlarında iştirak edib. Ailəsi uzun müddət idi onu axtarırdı və bu gün Vüsalın şəhid olduğu açıqlanıb. Məlumata görə, şəhidin nəşi tapılıb.

Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR