Psixi və davranış pozuntularının diaqnostika və müalicəsi İTS hesabına həyata keçirilir

Psixi və davranış pozuntularının diaqnostika və müalicəsi İTS hesabına həyata keçirilir
SAĞLAMLIQ
11:39 10.10.2025
261
Ümumdünya Psixi Sağlamlıq Günü insanlara psixi rifahın qorunmasının vacibliyini bir daha xatırladır, çünki sağlam düşüncə və emosional sabitlik həm fərdi, həm də ictimai rifahın əsasını təşkil edir.
 
AZXEBER.COM xəbər verir ki, psixi sağlamlığa mənfi təsir göstərən amillərdən biri olan alkoqol mənşəli psixi pozuntuların qarşısının alınması mövzusu xüsusilə aktuallıq kəsb edir.

ÜST-ün statistik göstəricilərinə əsasən dünyada təxminən 400 milyon insan alkoqol və narkotik istifadəsi pozuntularından, onların arasında 209 milyon nəfər isə psixi və davranış pozuntuları ilə müşahidə olunan alkoqol asılılığından əziyyət çəkir. Tədqiqatlara əsasən alkoqol sinir sisteminə toksiki təsir etməklə beyində neyronların normal fəaliyyətini və kimyəvi tarazlığı pozaraq depressiya, narahatlıq, yuxu problemləri, şəxsiyyət dəyişiklikləri və  digər halların yaranmasına səbəb olur. Alkoqoldan asılı şəxslərin təxminən 45–50%-i həyatlarının müəyyən mərhələsində ciddi psixi pozuntularla qarşılaşır.

Alkoqolun psixoloji təsirləri yalnız fərdin emosional vəziyyətinə deyil, həm də sosial münasibətlərinə və əmək qabiliyyətinə mənfi təsir göstərir. Buna görə də bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da bu kateqoriyadan olan pasiyentlərin diaqnostika və müalicəsi icbari tibbi sığorta təminatına alınıb. 
Alkoqol mənşəli psixi və davranış pozuntuları uzunmüddətli və ya çox miqdarda alkoqol qəbulu nəticəsində beynin və sinir sisteminin fəaliyyətində yaranan ciddi dəyişikliklərlə müşahidə olunan psixi pozuntulardır. Bu vəziyyətlər özünü yaddaş və düşüncə qabiliyyətinin zəifləməsi, emosional qeyri-sabitlik, aqressiv davranış, yuxu pozğunluqları, hallüsinasiyalar, depressiv hallar və  digər simptomlarla göstərə bilər. 

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində alkoqol mənşəli psixi pozuntular zamanı göstərilən tibbi xidmətlərə həkim-psixiatr tərəfindən ambulator müayinə və konsultasiya, ilkin diaqnostika, psixoloji qiymətləndirmə, eləcə də tibbi göstəriş olduğu halda stasionar müalicə qarşılanır. Xəstələrə stasionar tibbi xidmət zamanı simptomatik və dərman müalicəsi, detoksikasiya prosedurları və müşayiətedici tibbi nəzarət də icbari tibbi sığorta hesabına həyata keçirilir.

Diaqnostika mərhələsində müasir laborator və instrumental müayinə üsullarından istifadə olunur: qanın ümumi və biokimyəvi analizi, elektrolit balansının və qaraciyər funksiyalarının qiymətləndirilməsi, nevroloji müayinə, EEG (elektroensefaloqrafiya) və s. Bu müayinələrin nəticələri həkim-psixiatr tərəfindən qiymətləndirilir və fərdi müalicə planı tərtib olunur.

Müalicə mərhələsində məqsəd xəstənin vəziyyətini stabilləşdirmək, alkoqoldan asılılığın fizioloji və psixoloji təsirlərini azaltmaq, həmçinin yenidən alkoqol qəbulunun qarşısını almaqdır. Pasiyentlərə dehidratasiyaedici və sedativ preparatlar, vitamin və minerallar, antidepresantlar və psixoterapevtik dəstək tədbirləri tətbiq olunur. 

Qeyd olunanlardan əlavə icbari tibbi sığortanın ilkin tibbi-sanitariya yardımı çərçivəsində əhali arasında tütün, narkotik vasitələr və onların prekursorlarının, eləcə də alkoqollu içkilərin zərəri barədə sanitar maarifləndirmə işləri də həyata keçirilir. 

Bu xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində icra olunur.

Mütəxəssislər vurğulayır ki, alkoqol mənşəli psixi pozuntuların qarşısını almaqda profilaktik tədbirlər böyük əhəmiyyət kəsb edir. Bunun üçün alkoqol istifadəsindən çəkinmək, gündəlik stress və psixoloji gərginliyi idarə etmək, sağlam həyat tərzi sürmək və sosial dəstək proqramlarında iştirak etmək tövsiyə olunur. Həmçinin, alkoqol asılılığı və ya davranış dəyişiklikləri əlamətləri müşahidə edildikdə vaxtında psixiatr və ya psixoloqa müraciət etmək vacibdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nəzrinin ölümünə səbəb olan Sənan Mehdiyevə hökm oxundu
17:21 10.10.2025
Nəzrinin ölümünə səbəb olan Sənan Mehdiyevə hökm oxundu
Sürücülərin nəzərinə: Bu yollar bağlanır
17:10 10.10.2025
Sürücülərin nəzərinə: Bu yollar bağlanır
"Paşinyanın son açıqlamaları növbəti parlament seçkilərinə hesablanıb"
17:00 10.10.2025
"Paşinyanın son açıqlamaları növbəti parlament seçkilərinə hesablanıb"
Putin: Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərində böhran yaşandığını söyləmək olmaz
16:56 10.10.2025
Putin: Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərində böhran yaşandığını söyləmək olmaz
Putin AZAL təyyarəsinin qəzasından danışıb: Araşdırma obyektiv olacaq
16:49 10.10.2025
Putin AZAL təyyarəsinin qəzasından danışıb: Araşdırma obyektiv olacaq
Elnarə Xəlilovanın tələbəsi onun mahnısını oxudu - VİDEO
16:23 10.10.2025
Elnarə Xəlilovanın tələbəsi onun mahnısını oxudu - VİDEO
Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
16:16 10.10.2025
Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Prezident MDB liderlərinin şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib
16:02 10.10.2025
Prezident MDB liderlərinin şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin iclası keçirildi
15:59 10.10.2025
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin iclası keçirildi
Polis 32 yaşlı qadını axtarır
15:57 10.10.2025
Polis 32 yaşlı qadını axtarır
DÖNGƏ qrupundan “Məsti Xumar” mahnısına gözlənilməz rok tərtibat - VİDEO
15:38 10.10.2025
DÖNGƏ qrupundan “Məsti Xumar” mahnısına gözlənilməz rok tərtibat - VİDEO
"Haqqımda kim nə deyir, susuram" - Çinarə
15:29 10.10.2025
"Haqqımda kim nə deyir, susuram" - Çinarə
TuranBank ASC müştərilərinə “Açıq bankçılıq” funksionallığını təqdim edib
15:25 10.10.2025
TuranBank ASC müştərilərinə “Açıq bankçılıq” funksionallığını təqdim edib
"Sənət, idman və savadsızlıq"
15:10 10.10.2025
"Sənət, idman və savadsızlıq"
“Kristal”ın “Park Yasamal” layihəsində 18 165 manat ilkin ödənişlə tam təmirli mənzillər satılır!
15:07 10.10.2025
“Kristal”ın “Park Yasamal” layihəsində 18 165 manat ilkin ödənişlə tam təmirli mənzillər satılır!
Milyarder Peter Thiel: Elon Musk sərvətini Bill Gates-in seçdiyi fondlara yönəltməsin
14:19 10.10.2025
Milyarder Peter Thiel: Elon Musk sərvətini Bill Gates-in seçdiyi fondlara yönəltməsin