Psixi və davranış pozuntularının diaqnostika və müalicəsi İTS hesabına həyata keçirilir

Psixi və davranış pozuntularının diaqnostika və müalicəsi İTS hesabına həyata keçirilir
SAĞLAMLIQ
11:39 10.10.2025
265
Ümumdünya Psixi Sağlamlıq Günü insanlara psixi rifahın qorunmasının vacibliyini bir daha xatırladır, çünki sağlam düşüncə və emosional sabitlik həm fərdi, həm də ictimai rifahın əsasını təşkil edir.
 
AZXEBER.COM xəbər verir ki, psixi sağlamlığa mənfi təsir göstərən amillərdən biri olan alkoqol mənşəli psixi pozuntuların qarşısının alınması mövzusu xüsusilə aktuallıq kəsb edir.

ÜST-ün statistik göstəricilərinə əsasən dünyada təxminən 400 milyon insan alkoqol və narkotik istifadəsi pozuntularından, onların arasında 209 milyon nəfər isə psixi və davranış pozuntuları ilə müşahidə olunan alkoqol asılılığından əziyyət çəkir. Tədqiqatlara əsasən alkoqol sinir sisteminə toksiki təsir etməklə beyində neyronların normal fəaliyyətini və kimyəvi tarazlığı pozaraq depressiya, narahatlıq, yuxu problemləri, şəxsiyyət dəyişiklikləri və  digər halların yaranmasına səbəb olur. Alkoqoldan asılı şəxslərin təxminən 45–50%-i həyatlarının müəyyən mərhələsində ciddi psixi pozuntularla qarşılaşır.

Alkoqolun psixoloji təsirləri yalnız fərdin emosional vəziyyətinə deyil, həm də sosial münasibətlərinə və əmək qabiliyyətinə mənfi təsir göstərir. Buna görə də bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da bu kateqoriyadan olan pasiyentlərin diaqnostika və müalicəsi icbari tibbi sığorta təminatına alınıb. 
Alkoqol mənşəli psixi və davranış pozuntuları uzunmüddətli və ya çox miqdarda alkoqol qəbulu nəticəsində beynin və sinir sisteminin fəaliyyətində yaranan ciddi dəyişikliklərlə müşahidə olunan psixi pozuntulardır. Bu vəziyyətlər özünü yaddaş və düşüncə qabiliyyətinin zəifləməsi, emosional qeyri-sabitlik, aqressiv davranış, yuxu pozğunluqları, hallüsinasiyalar, depressiv hallar və  digər simptomlarla göstərə bilər. 

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində alkoqol mənşəli psixi pozuntular zamanı göstərilən tibbi xidmətlərə həkim-psixiatr tərəfindən ambulator müayinə və konsultasiya, ilkin diaqnostika, psixoloji qiymətləndirmə, eləcə də tibbi göstəriş olduğu halda stasionar müalicə qarşılanır. Xəstələrə stasionar tibbi xidmət zamanı simptomatik və dərman müalicəsi, detoksikasiya prosedurları və müşayiətedici tibbi nəzarət də icbari tibbi sığorta hesabına həyata keçirilir.

Diaqnostika mərhələsində müasir laborator və instrumental müayinə üsullarından istifadə olunur: qanın ümumi və biokimyəvi analizi, elektrolit balansının və qaraciyər funksiyalarının qiymətləndirilməsi, nevroloji müayinə, EEG (elektroensefaloqrafiya) və s. Bu müayinələrin nəticələri həkim-psixiatr tərəfindən qiymətləndirilir və fərdi müalicə planı tərtib olunur.

Müalicə mərhələsində məqsəd xəstənin vəziyyətini stabilləşdirmək, alkoqoldan asılılığın fizioloji və psixoloji təsirlərini azaltmaq, həmçinin yenidən alkoqol qəbulunun qarşısını almaqdır. Pasiyentlərə dehidratasiyaedici və sedativ preparatlar, vitamin və minerallar, antidepresantlar və psixoterapevtik dəstək tədbirləri tətbiq olunur. 

Qeyd olunanlardan əlavə icbari tibbi sığortanın ilkin tibbi-sanitariya yardımı çərçivəsində əhali arasında tütün, narkotik vasitələr və onların prekursorlarının, eləcə də alkoqollu içkilərin zərəri barədə sanitar maarifləndirmə işləri də həyata keçirilir. 

Bu xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində icra olunur.

Mütəxəssislər vurğulayır ki, alkoqol mənşəli psixi pozuntuların qarşısını almaqda profilaktik tədbirlər böyük əhəmiyyət kəsb edir. Bunun üçün alkoqol istifadəsindən çəkinmək, gündəlik stress və psixoloji gərginliyi idarə etmək, sağlam həyat tərzi sürmək və sosial dəstək proqramlarında iştirak etmək tövsiyə olunur. Həmçinin, alkoqol asılılığı və ya davranış dəyişiklikləri əlamətləri müşahidə edildikdə vaxtında psixiatr və ya psixoloqa müraciət etmək vacibdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hakan Fidan: 72 saat ərzində əsirlər dəyişdirilməlidir
20:37 10.10.2025
Hakan Fidan: 72 saat ərzində əsirlər dəyişdirilməlidir
Elektron Təhlükəsizlik Xidməti kiberhücumlarla bağlı vətəndaşlara müraciət edib
20:29 10.10.2025
Elektron Təhlükəsizlik Xidməti kiberhücumlarla bağlı vətəndaşlara müraciət edib
Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri Qarsda birgə təlim keçəcək
20:28 10.10.2025
Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri Qarsda birgə təlim keçəcək
“Bakcell” lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi - Fotolar
20:25 10.10.2025
“Bakcell” lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi - Fotolar
Rəsmi Bakı Qəzzada atəşkəsin təsis edilməsinə şərait yaradacaq razılaşmanı alqışlayıb
20:22 10.10.2025
Rəsmi Bakı Qəzzada atəşkəsin təsis edilməsinə şərait yaradacaq razılaşmanı alqışlayıb
Şəhid atasının təzyiqə məruz qalması iddialarına DİN-dən açıqlama - VİDEO
20:10 10.10.2025
Şəhid atasının təzyiqə məruz qalması iddialarına DİN-dən açıqlama - VİDEO
Prezidentin üç sammitdə iştirakı Azərbaycanın çoxşaxəli xarici siyasət nümunəsidir - Hikmət Hacıyev
20:05 10.10.2025
Prezidentin üç sammitdə iştirakı Azərbaycanın çoxşaxəli xarici siyasət nümunəsidir - Hikmət Hacıyev
Fərid Şahbazlı: “Azərbaycanlı jurnalistlər münaqişə zonasında peşə borclarını yerinə yetirərkən həyatlarını itiriblər”
19:23 10.10.2025
Fərid Şahbazlı: “Azərbaycanlı jurnalistlər münaqişə zonasında peşə borclarını yerinə yetirərkən həyatlarını itiriblər”
Bir həftəyə təbiətə 135 minlik ziyan vurdular
19:21 10.10.2025
Bir həftəyə təbiətə 135 minlik ziyan vurdular
Ağ Ev Trampa sülh mükafatı verilməməsinə münasibət bildirib
19:11 10.10.2025
Ağ Ev Trampa sülh mükafatı verilməməsinə münasibət bildirib
KİV: Trampın zəmanəti HAMAS-ı atəşkəsə razı salıb
18:56 10.10.2025
KİV: Trampın zəmanəti HAMAS-ı atəşkəsə razı salıb
İsrail 11 HAMAS üzvünü azad edəcək
18:43 10.10.2025
İsrail 11 HAMAS üzvünü azad edəcək
Britaniya Ukraynanın enerji infrastrukturuna yardımını sürətləndirir
18:37 10.10.2025
Britaniya Ukraynanın enerji infrastrukturuna yardımını sürətləndirir
NATO bazar ertəsindən etibarən illik nüvə təlimlərinə başlayacaq
18:31 10.10.2025
NATO bazar ertəsindən etibarən illik nüvə təlimlərinə başlayacaq
Orban Ukrayna kəşfiyyatını Macarıstana sızmaqda ittiham edib
18:13 10.10.2025
Orban Ukrayna kəşfiyyatını Macarıstana sızmaqda ittiham edib
Putin: Rusiyada miqrantlar qanuna tabe olmalıdırlar
17:59 10.10.2025
Putin: Rusiyada miqrantlar qanuna tabe olmalıdırlar