PUA ilə Azərbaycana narkotik keçirmək istədilər

PUA ilə Azərbaycana narkotik keçirmək istədilər
SOSİAL
17:40 13.06.2026
546
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 500 qram narkotik vasitə marixuananın pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
 
Bu barədə AZXEBER.COM-a DSX-dən məlumat verilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
OXŞAR XƏBƏRLƏR