“Pul barədə narahat olmayın, cənazə işləri həll ediləndən sonra bu barədə açıqlama verəcəm"

“Pul barədə narahat olmayın, cənazə işləri həll ediləndən sonra bu barədə açıqlama verəcəm"
Bütün Xəbərlər
11:41 12.03.2014
16897
Mehin Hüseynli yayılan aksiya xəbərlərinə və yığılan pulların hara xərclənəcəyi məsələsinə aydınlıq gətirib
Ötən gün Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişən 17 yaşlı Nərmin Hüseynli ilə bağlı aksiya keçiriləcək xəbərlərinə bacısı Mehin Hüseyinli aydınlıq gətirib. 
ANS PRESS-in məlumatına görə, Mehin Hüseynli aksiya barədə yazılanlardan xəbəri olmadığını bildirib:
“Mən bacımın cənazəsini belə götürməmişəm, hələ siz mitinqdən, nə bilim nə zibildən yazırsınız! Necə insansız axı?! Mən o haldayam indi? Mənim bir tək anam var, günboyu düşünmüşəm ki, onu görəndə nə edəcəm. Özümü necə saxlayacam ki, ağlamayım, mənə baxıb güclü olsun. İndi də düşünürəm ki, bacımın cənazəsini görəndə necə dözəcəm, ya da onu özüm öz əllərimlə yuyanda özümü necə saxlayacam. Siz mitinq, pul dərdindəsiz!”
Nərmin Hüseynili bacısının sağalması üçün yığılan pulların hara xərclənməsi məsələsinə də aydınlıq gətirib: “Pul barədə narahat olmayın, cənazə işləri həll ediləndən sonra bu barədə açıqlama verəcəm. Nərminin arzusunu deyəcəm yəni. Həkimlər, səhiyyə, filan isə öz yerində. Bu işdən də əl çəkən deyiləm! Bu qədər! İndiyə kimi hər türlü dəstək olanlar var olun!”
Qeyd edək ki, ötən gün Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişən 17 yaşlı Nərmin Hüseynlinin cənazəsi torpağa tapşırılıb.
Xatırladaq ki, Nərmin Hüseynlinin həyatını xilas etmək üçün Bakı şəhərində geniş xeyriyyə kampaniyası keçirilib. Müxtəlif xeyriyyə tədbirlərində onun müalicəsi üçün tələb olunan 150 min manatın böyük bir hissəsi toplanıb. İki gün əvvəl həkimlər N.Hüseynlinin beyin qanaması keçirdiyini və bunun qarşısının alındığını bildirmişdilər. Lakin Nərmin Hüseynli ötən gün Türkiyədə müalicə aldığı klinikada vəfat etmişdi.
OXŞAR XƏBƏRLƏR