'Pul versəydin, sənin də selfin olardı' - Abel Məhərrəmova cavab

Bütün Xəbərlər
00:10 29.12.2014
4407
Xəbər verdiyimiz kimi bir neçə gün öncə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tələbələrlə selfie çəkdirmişdi.
AZXEBER.COM xəbər verir ki, bu foto sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çox istifadəçi rektorun "selfie"dən xəbəri olmadığını və bu səbəbdən şəklə baxmadığını yazıblar. Bundan başqa "facebook"da yayılan bir şəkil böyük maraqla qarşılanıb. Belə ki, Abel Məhərrəmovun "selfie"si paylaşılıb, altda isə yazılıb: "Pul versəydin, sən də çəkdirərdin". Bu şəklə 3000-dən çox bəyənmə gəlib.
Qeyd edək ki, bir neçə ay bundan öncə BDU rektoru ilə tələbə arasında bu tipli dialoq olmuşdu. Həmin videonu və sosial şəbəkədə yayılan fotonu təqdim edir
OXŞAR XƏBƏRLƏR