Təşkilatçı-prodüser Samir Xattab Yeni İl ərəfəsində arzu edən hər kəsə, həm də pulsuz mükəmməl istirahət və bayram əhval ruhiyyəsi bəxş edəcək.
AZXEBER.COM-un məlumatına görə, tədbirdə canlı musiqi, DJ Party, bol – bol hədiyyələr vəd edilir.
Tanınmış aparıcı Samir Bayramlının idarəçiliyi ilə baş tutacaq “Möhtəşəm Yeni İl konserti" adlı şou-proqramda müğənnilər Xuraman Şuşalı, Dj China, Anar Nağılbaz, Promete – HOST, Əkbər, KQB (Kamal QaraBasma), Sevinc Ağaşirinova, Dj Ruaz, Dj Seym, Elvin Abbasov, Vusal Bayramov, Lalə Abbasova, "Avantaj" qrupu, "Break Dance" qrupu iştirak edəcək.