Bakı şəhəri sakini Mirzaağa Əliyev küçəsi 128, ev 14 ünvanında yaşayan Xəlilova Əminə Yusif qızı 5 il əvvəl Binəqədi rayonu ərazisində hərraca qoyulmuş evi satın alsa da, ev ona təhvil veriməyib.
Bu barədə AZXEBER.COM-a Ə. Xəlilova şikayət məktubu göndərib. O bildirib ki, evi almaq üçün 71400 manat ödəyib, lakin 5 il müddətində nə ev, nə də ödədiyi pul şikayətçiyə geri qaytarılıb. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
“Mən,Xəlilova Əminə Yusif qızıƏİHM MMC-nin 25.09.2008 ci il tarixli hərracında iştirak edərək hərracın qalibi olmaqla Bakı şəhəri Binəqədi şossesi 185 saylı evin 135 saylı mənzilini 71400 manat ödəyibalmışam.Bu barədə protokol tərtib olundu və 02.10.2008-ci il tarixində Binəqədi rayon Məhkəmə İcraçıları Şöbəsinin məhkəmə icracısı Mikayılov Qədir Tofiq oğlu ilə mənim aramda hərracın yekunları üzrə evin alqı-satqısı barədə müqavilə bağlandı. Amma neçə il kecməsinə baxmayaraq, mənzili bizə təhvil verməyiblər. Son ümid olaraq pulun qaytarılması ücün məhkəməyə müraciət etdik. Binəqədi rayon Məhkəməsi (hakim Vüqar Həsənov) işə baxdı və iddiamızın təmin olunması barəsində 25 fevral 2010-cu ildə qətnamə çıxardı. Qətnamədə göstərildi ki, iddia təmin edilsin və Binəqədi rayon Məhkəmə İcraçıları şöbəsindən 67500 manat, ƏİHM MMC-dən isə 3900 manat tutularaq mənə qaytarılsın. Qətnamədən şikayət verilmədiyi üçün iş icraya yönəldildi. Həmin tarixdən 3 il keçməsinə baxmayaraq, məhkəmənin qərarını icra etmirlər və öz vəzifələrinə laqeyd yanaşırlar.”
Qeyd edək ki, məktubda yazılan məlumatların doğruluğunu şikayətçinin özü ilə əlaqə saxlayaraq dəqiqləşdirdik. Məsələyə qaydacağıq.