Putin Qarabağdakı generalı bu səbəbdən geri çağırdı

DÜNYA
16:08 25.09.2021
1427
Məlumata görə, general Kosobokov Laçın koridorunun genişləndirilməsi və razılaşdırılmamış yeni postların qurulmasına göstəriş veribmiş

AZXEBER.COM Yeni Müsavat qəzetinə istinadən xəbər verir ki, Rusiya sülhməramlılarının cəmi bir neçə gün əvvəl Qarabağa təyinat almış  komandanı Mixail Kosobokovun qəfil geri çağırılması diqqətə layiq hadisədir. Əslində, onun təyinatında sanki bir tərslik olduğu qənaəti yaranmışdı. Bir maraqlı fakta diqqət edək.

Sentyabrın 10-da Azərbaycanın müdafiə naziri Zakir Həsənov Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin keçmiş  komandanı Rüstəm Muradovu və onun yerinə  təyin edilən Mixail Kosobokovu qəbul etməsi barədə rəsmi xəbər yayılmışdı.  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti görüş haqda məlumatının "quru tonu” o zaman diqqətdən yayınmamışdı. Məsələn, Müdafiə Nazirliyi generalların görüşünün fotosunu belə yaymamışdı.
 
Məlumata görə, general Kosobokov Laçın koridorunun genişləndirilməsi və razılaşdırılmamış yeni postların qurulmasına göstəriş veribmiş

 

Rusiya sülhməramlılarının cəmi bir neçə gün əvvəl Qarabağa təyinat almış  komandanı Mixail Kosobokovun qəfil geri çağırılması diqqətə layiq hadisədir. Əslində, onun təyinatında sanki bir tərslik olduğu qənaəti yaranmışdı. Bir maraqlı fakta diqqət edək.

  Sentyabrın 10-da Azərbaycanın müdafiə naziri Zakir Həsənov Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin keçmiş  komandanı Rüstəm Muradovu və onun yerinə  təyin edilən Mixail Kosobokovu qəbul etməsi barədə rəsmi xəbər yayılmışdı.  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti görüş haqda məlumatının "quru tonu” o zaman diqqətdən yayınmamışdı. Məsələn, Müdafiə Nazirliyi generalların görüşünün fotosunu belə yaymamışdı.

Sentyabrın 17-də isə Rusiya Müdafiə Nazirliyi erməni tərəfinə istinadən, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşkəsin pozulması və nəticədə Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə xəbər yaydı. Azərbaycan Müdafiə Nazirliyi bu iddianı "təəssüf və təəccüb” ifadələri ilə təkzib etdi. "Haqqında bəhs olunan hadisə Azərbaycanın Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb. Nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub. Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyil",- deyə Azərbaycan MN təmsilçisi bildirmişdi. Bu yalan məlumat əlbəttə ki, Rusiya Müdafiə Nazirliyinin reputasiyasına kölgə salan hadisə kimi də qəbul edilə bilər. Necə ola bilərdi ki, hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumat sonradan məhz Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatında tamamilə əks formada təqdim edilsin? Məlumata görə, general Qarabağa gələndə Laçın koridorunun genişləndirilməsi və razılaşdırılmamış yeni postların qurulmasına göstəriş veribmiş.

Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Qarabağa dislokasiya olunmuş sülhməramlıların yerləşdiyi ərazinin xəritəsi ilə bağlı bir neçə dəfə Azərbaycanı narazı salan məqamlar olub. Sonradan bu yanlışlar aradan qaldırılıb. Amma Kosobokovun özbaşınalığı sıradan hadisə deyildi. Görünür, baş verənlər Bakının kifayət qədər etirazına səbəb olub ki, Rusiya Müdafiə Nazirliyi Kosobokovu geri çağırıb. Aydındır ki, Qarabağa göndərilən general Rusiya prezidenti Vladmir Putinin birbaşa razılığı ilə təyinat alır. Generalın görəvdən qəfil geri çağırılması da, səbəb nə olursa-olsun, şübhəsiz ki, Rusiya Prezidentinin iradəsidir...

Hələ Rüstəm Muradovun işindən ayrılacağı haqda xəbərlər yayılanda ermənilər iddia edirdilər ki, guya sülhməramlıların komandanı ilə bağlı məsələdə Qarabağdakı ermənilərin və Ermənistanın mövqeyi həlledicidir. Bu iddianı müəyyən qədər inandırıcı edən isə komandanın dəyişməsi xəbərinin ilk dəfə erməni mənbələrinin yayması, Rüstəm Muradov kimi, onun yerinə gətirlən Mixail Kosobokovun da görüşlərə Ermənistandan başlaması idi.

Yeni komandanların, eləcə də general-leytenant Gennadi Anaşkinin də görüşlərə niyə Ermənistandan başlamasının xüsusi sirri varmı? Yeni komandanın bir çox daha başqa vəzifəsi olsa da, əsas iş ermənilərin təhlükəsiz şəraitdə Laçın koridorundan keçməklə Ermənistana və əksinə hərəkətini təmin etməkdir. Ola bilsin, bu səbəbdən Laçın koridoruna keçərək Qarabağa-öz işinin başına gəlmək daha uyğundur. Bu görüş ardıcıllığında şəxsən mən xüsusi məna və ya problem görmürəm, bir az da texniki məsələ kimi baxıram. Amma "sülhməramlıların komandanı bu görüşü Bakıdan başlamalıdır” deyənləri də başa düşmək çətin deyil.

Ermənilər üçün Qarabağdakı generalın kimliyinin prinsipial əhəmiyyəti yoxdur. Rüstəm adı eşidəndə xeyli məyus olan ermənilər sonradan Muradovla yaxın oldular, 6 ay ərzində də ona xüsusi iradları yox idi. Yəni Qarabağa göndərilən komandanın görəvi, səlahiyyət çərçivəsi və gözəltləmə məntəqələri məlumdur. Ermənilər onu hər gün Xankəndində görə, salamlaya bilərlər. Amma bu, o demək deyil ki, məsələn, yeni komandan Anaşkinin gözü-qaşı xoşlarına gəlməsə, onu şikayət edə, hətta vəzifəsindən uzaqlaşdıra bilərlər. Bu, ermənilərin uydurduğu növbəti yalandan başqa bir şey deyil. Ermənilər bu cür spekulyasiya ilə Qarabağda sığındıqları ərazilərdə söz sahibi olduqları barədə rəy yaratmağa çalışırlar...

Azərbaycan üçün isə bu adamın kimliyi önəmlidir. Ən əsas səbəb ona görə ki, öz ərzimizi 10 noyabr razılaşması ilə Rusiya sülhməramlılarına etibar etmişik. Həmin general da dünyanın rəsmən Azərbaycan ərazisi kimi tanıdığı bölgədə xidmət göstərir. Ümid edək ki, Anaşkin Qarabağdakı vəziyyəti düzgün dəyərləndirəcək və Azərbaycanı narazı salacaq addımlardan və açıqlamalardan uzaq olacaq...

OXŞAR XƏBƏRLƏR