Putin: Rusiya İrana yardım üçün səylər göstərir

Putin: Rusiya İrana yardım üçün səylər göstərir
DÜNYA
14:11 23.06.2025
283
Rusiya İran xalqına yardım üçün səylər göstərir.

Bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə bildirib.

"Rusiya İran xalqına yardım üçün səylər göstərir. Mən ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İran liderləri və İsrailin Baş naziri ilə telefon danışığı apardım", - V.Putin bildirib.

O, həmçinin vurğulayıb ki, bu gün Əraqçi ilə Yaxın Şərqdə yaranmış böhranlı vəziyyətdən çıxış yolunun tapılması üçün "bütün kəskin mövzuları" müzakirə etmək niyyətindədir.
 
///report
OXŞAR XƏBƏRLƏR