Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər

Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər
DÜNYA
07:53 19.10.2026
246
Rusiya, ABŞ və Çin liderləri arasında üçtərəfli görüşün keçirilməsi ehtimalı müzakirə olunur.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "The Wall Street Journal” qəzetinə açıqlamasında bildirib.

"Hazırda görüşün özü və mümkün gündəliyi ilə bağlı konkret razılaşma yoxdur. Bununla belə, hər üç tərəf belə bir görüşün nəzəri baxımdan mümkünlüyünü qəbul edir”, – Peskov qeyd edib.

Kremlin sözçüsü Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında görüşün hələ razılaşdırılmadığını vurğulayıb.

Daha əvvəl Putin "Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında üç ölkə liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşməsi imkanının böyük ölçüdə ev sahibi ölkədən asılı olacağını bildirmişdi.

Peskov isə liderlərin Çində keçiriləcək sammitdə iştirak edəcəkləri təqdirdə belə bir görüşün təşkilinin müzakirə oluna biləcəyini açıqlamışdı.

Qeyd edək ki, APEC sammiti noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR