Rusiyanın baş naziri Qırğızıstan və Ukrayna ssenarisinin təkrarlanmasını istəmədiklərini deyib
Rusiyanın baş naziri Vladimir Putin hesab edir ki, seçkidən sonra mintinqə çıxanlarının bir hissəsi öz tamahkar məqsədlərinə nail olmağa çalışsa da, ölkə rəhbərliyi müxalifətlə danışıqlar aparmalı və ona nümayiş üçün imkan verməlidir, ancaq qanun pozuntusuna yol verilməməlidir. Vladimir Putin "ÜmumRusiya Xalq Cəbhəsi"-nin federal koordinasiya şurasının nümayəndələri ilə görüşdə bunu bəyan edib. "Əgər insanlar qanun çərçivəsində hərəkət edirlərsə, onlara öz fikrini ifadə etmək hüququ verilməlidir və biz heç kimin bu vətəndaş hüququnu məhdudlaşdırmamalıyıq. Əgər kimsə qanunu pozursa, o zaman hakimiyyət orqanları və asayiş keşikçiləri bütün qanuni vasitələrlə qanunun icrasını tələb etməlidir. Biz hamımız böyük insanlarıq və anlayırıq k, təşkilatçıların çoxu məlum ssenari üzrə hərəkət edir, onların qarşısında tamahkar siyasi məqsədlər durur. Ancaq biz həm də bilirik ki, ölkəmizdə insanlar, Qırğızıstan və ya yaxın keçmişdə Ukraynadakı kimi bu vəziyyətin inkişafını istəmir." - Vladimir Putin belə deyib. Rusiya seçki prosesini xarici müşahidəçilərin izləməsinin də əleyhinə deyil, ancaq xaricdən ölkənin daxili işlərinə müdaxiləyə imkan verməyəcək. Rusiyanın baş naziri Vladimir Putin bunu bəyan edib. "Ancaq bizdə qanun var. Guya bizim milli təşkilat kimi hər hansı daxili təşkilatın maliyyələşdirilməsinə başladıqda, mahiyyətcə isə iş xarici pulun hesabına görüldükdə və seçki prosesi çərçivəsində xarici dövlətin musiqisi altında nömrə icra edildikdə, biz öz daxili işimizə müdaxilənin qarşısını almalı və suverenliyimizi müdafiə etməliyik." -sitatın sonu. Bu arada, "Vahid Rusiya" partiyasının ekspertləri təsdiqləyirlər ki, parlament seçkisində qanun pozuntularına dair görüntülər internetdə dekabrın 4-dən iki gün əvvəl yayılıb.