Putinin göz yaşları müxalifəti ayağa qaldırdı

Putinin göz yaşları müxalifəti ayağa qaldırdı
Bütün Xəbərlər
21:10 05.03.2012
2125
Moskvanın Puşkin meydanında müxalifətin “Ədalətli seçkilər naminə” mitinqi başlayıb. Aksiyanı Vladimir Rıjkov açıb. O, prezident seçkilərini qeyr-legitim elan edib: “Onların seçkisi oyun, hakimiyyətləri qeyri-legitimdir”. Sonra o, təkrar parlament və prezident seçkilərinin keçirilməsi, saxtakarlıqların araşdırılması, siyasi sitemin islahatı və siyasi məhbusların azad edilməsi tələbi ilə çıxış edib. Təşkilatçılar mitinqə başlanğıcdan 20 min nəfərin toplaşdığını bildiriblər. Meydanın ətrafında polis qüvvələri növbə tutub.Müxalifətin mitinqi ilə eyni zamanda Manej meydanında Putin tərəfdarları mitinq keçirir.Moskvanın Puşkin meydanında müxalifətin mitinqində “Moskva göz yaşlarına inanmır” şüarı qaldırılıb. Bu, yenidən prezident seçilən Putinin ötən gün tərəfdarları qarşısında çıxışı zamanı ağladığı haqda iddialara cavab kimi düşünülüb.Mitinqdə çıxış edənlər də Putinin “göz yaşlarına” toxunublar.İlya Yaşin deyib: "Biz bu göz yaşlarını terror aktlarından sonra gördükmü? Yox. Bu göz yaşları zəif adamındır. Məgər qələbəni belə - küçələrə zirehli texnika çıxarmaqla müdafiə edirlər?".Sergey Udalçov da oxşar sualla müraciət edib: "Əgər seçkilər düzgün olubsa, nəyə görə Moskva ordu ilə zəbt olunub?!”. Daha sonra o, "Mən bu meydandan getməyəcəm, nə qədər ki Putin getməyəcək" deyə bildirib.Kasparov da Putinin “göz yaşlarına” işarə edərək deyib ki, bu, göz yaşları yox, botoksdur: “Bu saxta botoksu Rusiyanın xəritəsindən silməyin vaxtıdır”.Navalnı meydana “Bu julik və oğru dəstəsindən bundan artıq nə gözləyirdiniz?” deyə müraciət edib. O bildirib ki, Putin əleyhinə güclü təbliğata başlayacaqıar. “Biz nail olacağıq ki, hər kəs neft və qaz sözlərini eşidəndə, julik və oğruları xatırlayacaq. Putin sözünü eşidəndə isə ağıllarına ən yaxşı halda “Putin oğru” gələcək". 

mənbə: Azadlıq qəzeti

OXŞAR XƏBƏRLƏR