“Putinin müharibəni davam etdirməkdən başqa şansı yoxdur” - Partiya sədri

“Putinin müharibəni davam etdirməkdən başqa şansı yoxdur” - Partiya sədri
SİYASƏT
15:38 19.08.2025
357
"İndidən görüş nəticə verməyib” demək düşünürəm ki, uğurlu bir ifadə olmaz. Niyə? Çünki Putin və Trampın bəyanatlarından məlum oldu ki, orada hər ikisi ümumi məsələlər üzərində dil tapa biliblər".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında AĞ Partiyanın sədri Tural Abbaslı Putin ilə Trampla arasında baş tutan görüşün nəticəsiz qalması ilə bağlı danışarkən deyib.

Partiya sədri görüşün nəticəsiz qaldığını demək üçün hələ tez olduğunu bildirib:

"İndidən görüş nəticə verməyib demək düşünürəm ki, uğurlu bir ifadə olmaz. Hər halda Tramp görüşdən əvvəl də qeyd etmişdi ki, görüş zamanı mənim maraqlarım təmin olunmasa, məkandan yarımçıq çıxacağam. Putində olan siyasi xarakter hər kəsə məlumdur ki, görüşdə onun maraqları təmin olunmasaydı, Amerika ərazisində ümumiyyətlə görüşə gəlməzdi. Düzdür, Alyaska zamanında Rusiyanın olmasına baxmayaraq, hazırda Amerika ştatıdır, yəni Putin Amerikaya gəlmiş sayılır".

Tural Abbaslı görüşün nəticəsini belə tez bir zamanda görməyəcəyik deyə qeyd edib:

"Düzdür, görüşün nəticələrini bu dəqiqə biz görməyəcəyik. Amma hər halda orada əldə olunan bəzi razılıqlar var ki,  Tramp, Zelenski və Avropa ölkələri rəhbərlərinin arasında keçirilən görüşdə də yəqin ki, bu məsələlər müzakirə olunub. Həm də Trump-Putin, Tramp Zelenski görüşünü tək Ukrayna məsələsi üzərindən də analiz etmək olmaz. Çünki həm Amerika, həm də Rusiya dünyanın əsas, ən böyük silah  güclərindən, ən böyük dövlətlərindən biridir. Onlar müxtəlif sahələr üzərində fikir mübadiləsi və razılıqlar əldə etmiş ola bilərlər".

Baş tutan görüşlərin Rusiya ilə Ukrayna müharibəsi cəbhəsində hansı dəyişikliklərə gətirəcəyi ilə bağlı danışan partiya sədri Rusiyanın müharibəni davam etdirməkdən başqa yolunun olmadığını deyib:

"Putinin edə biləcəyi bir yolu var. Müharibə dayanana qədər müharibəni və işğalını davam etdirmək. Yəni Putinin başqa yolu yoxdur. Burada əsas sual odur ki, bu görüşün nəticəsindən sonra Zelenski və Avropa İttifaqı ne edəcək? Razılıq əldə olunsa necə olacaq? Amerika Rusiyanın mövqeyini müdafiə etsə necə olacaq? Etməsə necə olacaq? Yəni, mən bu görüşü qətiyyən nəticəsiz görüş hesab eləmirəm. Sadəcə o cəmiyyətə elan olunmayan danışıqlardır, cəmiyyətə elan olunmayan nəticələrdir ki, onlar zamanla üzə çıxacaq və nəticəsini görəcəyik".

Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR