Putinin yük daşıyan vaxtı - VİDEO

DÜNYA
14:39 13.12.2014
2722
Rusiya sosial şəbəkələrində prezident Vladimir Putinin 18 il əvvəl verdiyi bir müsahibənin videoyazısı ciddi müzakirə olunur.Videoda 1996-cı ildə Vladimir Putinin Rusiya prezidentinin İşlər idarəsinə işə götürülməsi ilə bağlı Moskvaya köçməsi təsvir edilib. Ağır çantaları daşıyan, köhnə dəbli kostyum geyinmiş Vladimir Putin Sankt-Peterburq hava limanında müsahibə verib.Müsahibə zamın Putin özünü ciddi əyalət məmuru kimi aparır, Sankt-Peterburq rəhbərliyinə tərif yağdırır. Həm də bildirir ki, Rusiya prezidenti ilə ünsiyyətdə olmaq onun səviyyəsi deyil.Bütün bunlarla yanaşı, “RVision.TV” ictimai-siyasi kanalı tərəfindən şəbəkəyə yerləşdirilmiş videonun hansı səbəbdən çəkildiyi də bilinmir. Görünür, hansısa qüvvələr Putinin karyera yüksəliştnə doğru irəlilədiyindən xəbərdar imiş və bəri başdan onun hakimiyyət yolunun salnaməsini hazırlayırmış/anspress/.
OXŞAR XƏBƏRLƏR