Putinlə 1 həftə keçirmək istəyən Konçitaya cavab gəldi
DÜNYA
03:07 29.12.2014
14490
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov "Eurovision-2014" mahnı müsabiqəsinin qalibi, Konçita Vurst kimi tanınan Tomas Noyvirtin istəyinin cavabını verib.ANS PRESS-in məlumatına görə, Peskov Konçitanın Putinlə görüşmək istəyi ilə bağlı sualı eşidərkən gülüb."Bu və buna bənzər suallarla mənə yaxınlaşmayın", deyə Peskov gülümsəyərək suala cavab verib.Qeyd eedək ki, bu gün Konçita Putinlə görüşmək istədiyini açıqlamışdı. O, Rusiya prezidenti ilə bir həftə vaxt keçirmək istədiyini demişdi: "Mən Rusiya lideri ilə bir həftə vaxt keçirmək istərdim. Sadəcə onu anlamaq üçün".