Rayon Prokurorluğundan verilən məlumata görə, Rəşid Vəliyev arvadı Xəyaləni bıçaqla qətlə yetirib. Qanlı hadisə rayonun 7-ci Qayıdış qəsəbəsində baş verib. R.Vəliyev qətli qısqanclıq zəminində törədib.
Polis əməkdaşları R.Vəliyevi yaxalayaraq istintaq orqanına təhvil verib. Fakrtla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
//milli.az