Adams hansı klubdan təklif gəlməsindən asılı olmayaraq, "Qəbələ"ni tərk etmək istəmədiyini bildirib: "Əlbəttə ki, "Arsenal" mənim ən sevimli komandamdır. Çünki mənim futbolçu karyeram bütünlüklə bu komanda ilə bağlıdır. "Arsenal"da qazandığım titullar karyeramın ən gözəl çağlarıdır. Nə vaxtsa yenidən bu klubda işləmək istərdim. Lakin bildiyiniz kimi, mən "Qəbələ" klubu ilə 3 illik müqavilə imzalamışam. Bu klubla bağlı böyük layihələrim var. Azərbaycanda yüksək səviyyəli komanda və böyük futbol akademiyası olan bir klub yatratmaq fikrindəyəm. Buna görə də, hazırda bütün diqqətimi "Qəbələ" klubuna yönəltmişəm. Hətta "Arsenal"dan təklif alsam belə, bu komandanı tərk etməyəcəm. Üstəlik bir məşqçi kimi təcrübəm də azdır. "Arsenal"a isə daha təcrübəli mütəxəsislər lazımdır. Bir neçə ildən sonra peşəkar bir mütəxəsis kimi "Arsenal"a qayıtsam daha yaxşı olar. Çünki "Topçular" həmişə yüksək yerlər uğrunda mübarizə aparır"./// sektor13.org