Qəbul imtahanının nəticələri şok yaratdı

Qəbul imtahanının nəticələri şok yaratdı
GƏNCLİK
18:50 26.07.2011
3557

 

Buna səbəb imtahan otağındakı abı-hava, imtahanın gec başlaması, nəzarətçilərin səs-küyü olub. Suallara gəlincə isə Nicat deyir ki, sınaq imtahanlarının əksinə olaraq qəbula suallar asan salınmışdı.

Günel Musayeva isə imtahanda 502 bal yığıb. IV qrupa sənəd verən Günel deyir ki, onu qane etməyən tək şey vaxtın azlığı olub: “Açıq suallar qoyurlar, amma vaxt əvvəlki kimi qalır. Açıq suallar olanda üç saat bəs etmir”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bütün qruplar üzrə nəticələri açıqladıqdan sonra məlum oldu ki, imtahana gəlməyən və qovulan abituriyentlərlə birlikdə III qrupda 73 faiz, I qrupda 72 faiz, IV qrupda 72 faiz, II qrupda 63 faiz abituriyent ixtisas seçimində iştirak edə bilməyəcək. Bu il ən yüksək bal II ixtisas qrupu üzrə -695 bal olub. Ötən il isə 2011-ci ildən fərqli olaraq 7 nəfər 700 bal toplamışdı.

“10 minədək abituriyentin qiymətləri şişirdilib”

“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev qəbulda nəticələrin zəif olmasına səbəb kimi məktəbdə təhsil mühitinin pozulmasını,məktəblərdə qarşıya qoyulan vəzifələri, funksiyaları yerinə yetirə bilməməsini, dərsliklərin qeyri-professional yazılmasında görür: “Repititor təhsili geniş yayılıb və ali məktəblərə daxil olan tələbələrin valideynləri repititor təhsilinə vəsait ayırır. Rayonlarda nəticələrin daha pis olması da göstərir ki, valideynlərin vəziyyəti orada aşağı olduğu üçün onlar repititor xidmətindən istifadə edə bilmirlər. Təəssüf ki, 1-ci, 3-cü, 4-cü qruplarda 10 minədək abituriyent 100 baldan aşağı nəticə toplamışdır. Bu, o deməkdir ki, 10 minədək abituriyentin qiymətləri şişirdilib”.

“Mən bu rəqəmlərə heç bir şərh verməyəcəyəm”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə mətbuata açıqlamasında rəqəmlərə heç bir şərh verməyəcəyini deyib: “I ixtisas qrupunun imtahanlarında 5506, III ixtisas qrupunun imtahanlarında isə 4331 məzun 0-100 bal arası nəticə göstərib. Bu, çox aşağı göstəricidir. Onlar orta məktəbi bu il qurtarıblar və attestat alıblar. Bunlar yalnız rəqəmlərdir, mən bu rəqəmlərə heç bir şərh verməyəcəyəm”.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə nəticələrin təxminən keçən ilki ilə eyni olduğu fikrindədir. O deyir ki, TQDK sadəcə nəticəni ölçüb qoyur, zəifliyi isə araşdırmır. Bununla müvafiq qurumlar məşğul olmalıdırlar. Suallarla bağlı problemlər barədə isə Elnur Nağızadə bildirdi ki, kim deyirsə suallar çətin, proqramdan kənar idi, TQDK-ya gətirib göstərə bilər.

“Qoy savadlı insanlar təhsil alsın”

Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı isə deyir ki, bütün hallarda sənəd verən 100 min abituriyentdən cəmi 24 mini qəbul olunmalıdır və ən güclülər seçilir: “Yəni bu baxımdan balların aşağı salınması ilə razı deyiləm, çünki universitetə girənlər yüksək balla təhsil almalıdırlar. Nəyə görə ali məktəblərdə 200 bal yığmış abituriyentlər oxumalıdır? Qoy, qalan yerlər boş qalsın. Mən TQDK-nın ilkin mərhələdə elan etdiyi keçid balının aşağı salmasının tərəfdarı deyiləm. 300 olanı 250-ə endirdilər və onlar elan elədirlər ki, bunu boş qalan yerlərə görə endirilər. Niyə endirirlər ki? Qoy qalsın və qoy savadlı insanlar təhsil alsın”.

Zəminə Əliqızı məktəblərdə qiymətlərin şişirtmə yazılması ehtimalı ilə razılaşmır: “Sənəd qəbulu zamanı məhdudiyyət qoyulmur. Attestat alanlardan eləsi var ki, qiyməti 4-5, eləsi var ki, üçdür. Əgər müsabiqədən keçə bilmirsə, bu, o demək deyil ki, orta məktəblərdə qiymətlər şişirtmə yazılır və s. Bir daha qeyd edirəm ki, bizim ali məktəblərdə savadlı şagirdlər oxumalıdırlar. Belə şagirdlər Bakının özündə yetəri qədərdir. 600-dən çox bal toplayanların sayı ilkin nəticələrə görə, keçən ildən yüksəkdir. Bu il qızıl, gümüş alan şagirdlərimiz var, onlar çox yüksək nəticələr göstəriblər. 700 bal toplayan şagirdlərimiz də var, hər il olduğu kimi. Zəif nəticə göstərən məzunlar isə ali təhsil müəssisələrində oxumasınlar, nə zaman səviyyələrini çatdırarlar, onda oxuyarlar”.

/// var.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
11:28 21.10.2025
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
11:26 21.10.2025
Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA
11:18 21.10.2025
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA
Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
11:17 21.10.2025
Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
"Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır"
11:14 21.10.2025
"Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır"
Yeni ildən quru sərhədlər açılacaq? - İki ölkə ilə gediş-gəliş bərpa ola bilər
11:08 21.10.2025
Yeni ildən quru sərhədlər açılacaq? - İki ölkə ilə gediş-gəliş bərpa ola bilər
Yavər Camalovun gəlini vəfat etdi
11:05 21.10.2025
Yavər Camalovun gəlini vəfat etdi
Bakıda dəhşət: Avtomobildə atasının qucağından sürüşən uşaq öldü
11:02 21.10.2025
Bakıda dəhşət: Avtomobildə atasının qucağından sürüşən uşaq öldü
Azərbaycanda soyuq qəhvə istehsalına başlanılıb
11:00 21.10.2025
Azərbaycanda soyuq qəhvə istehsalına başlanılıb
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
10:52 21.10.2025
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
Övladlarımızın həyatını səhlənkarlığımıza qurban verməyək!
10:42 21.10.2025
Övladlarımızın həyatını səhlənkarlığımıza qurban verməyək!
Deniz Seki: "Həyatımı Deniz ya da Serenay canlandırsın"
10:41 21.10.2025
Deniz Seki: "Həyatımı Deniz ya da Serenay canlandırsın"
Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın - Fotoları
10:23 21.10.2025
Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın - Fotoları
Doğuş və Xoşqədəm evlilik ildönümünü qeyd edir
10:23 21.10.2025
Doğuş və Xoşqədəm evlilik ildönümünü qeyd edir
"Manchester United"in qapıçısı Müge Anlının qızına elçi düşdü
10:16 21.10.2025
"Manchester United"in qapıçısı Müge Anlının qızına elçi düşdü
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir
10:11 21.10.2025
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir