Liviya lideri Müəmmar Qəddafiyə məxsus şəxsi təyyarə Misir istiqamətinə yönəlib. Bu barədə xəbəri “Agence France-Presse” Yunanıstanın Müdafiə Nazirliyinin bəyanatına istinadən yayıb.
Yunanıstan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bu gün günorta saatlarında təyyarə Krit adasından ölkənin cənub-qərb hissəsinə uçub. Lakin təyyarənin göyərtəsində kimin olması haqda heç bir məlumat verilmir.
“AFP” yazır ki, Yunanıstan Hərbi Hava Qüvvələri Krit adasının üzərindən uçan “Faclon 900”un “Libyan Airlines” aviaşirkətinə məxsus olduğunu iddia edir. Təyyarə Tripolidən Qahirəyə istiqamət alıb. Bir qayda olaraq, bu tip təyyarələr xüsusi mühüm insanların (VIP) daışınmasında istifadə olunur. Amma təyyarənin pilotu göyərtədə rəsmi şəxslərin olmadığını bildirib.
Təyyarənin yerə endiyi Qahirə aeroportunun nümayəndəsi isə bildirib ki, "Falcon 900" təyyarəsində M. Qəddafi yoxdur. Onun sözlərinə görə, həmin təyyarədə hərbi təminat məsələri idarəsinin rəhbəri- general - mayor Abdel Rahmon ben Əli əl-Səyid əl-Zavi olub. "AFP" yazır ki. o Misirə Liviya liderinin müraciəti ilə gəlib.
BBC-nin məlumatına görə isə Müəmmar Qəddafiyə məxsus 3 təyyarə bu gün Tripolidən Vyana, Qahirə və Afinaya uçub.