Qəddafi Alman televiziya kanalı RTL-ə müsahibəsində bu fikirləri səsləndrib: “O mənim dostumdur, amma deyəsən bir az dəlidir. Psixolojixəstəlikdən əziyyət çəkir. Bunu ətrafındakılar söyləyir. İş yoldaşları onun belənarahatlığı olduğunu deyirlər.”
Müsahibə zamanı Qəddafi Liviyada baş verən çaxnaşmaları 150-200 nəfərin öldüyü kiçik hadisə kimi qələmə verib. O, üsyanın yatırılacağını və hər şeyin qaydasına düşəcəyini də qeyd edib.
Qəddafi ABŞ və Avropa ölkələrinin onu tənqid etməsini pisləyib və bunun üçün heç bir səbəb olmadığını deyib. Onun sözlərinə görə, Liviya gələcəkdə Qərb dözlətləri ilə heç bir əlaqə yaratmayacaq: “ Rusiya, Hindistan və Çində sərmayə qoymaq haqqında düşünürük. Qərbi unutmalıyıq. Ancaq Almaniya bu müddətdə çox həssas olduğundan onunla əlaqələrimiz davam edəcək”.