Liviya lideri Müəmmar Qəddafiyə bağlı qüvvələr Tunisin sərhəd şəhəri olan Dehibaya hücum edib. Şahidlərin dediyinə görə, hücum zamanı ağır texnikadan istifadə edilib.
Əvvəlcə şəhərin mərkəzində 2 saata qədər Tunis əsgərləri ilə atışma olub. Sonra isə sərhəddəki liviyalı müxalif qüvvələrə hücum edilib.
Məlumatda bildirilir ki, top mərmiləri Dehibadakı evlərə xəsarət yetirib. Bir qadın həlak olub. //Ans Press