Daha sonra NATO Liviyaya qarşı havadan beynəlxalq hərbi əməliyyatlarda iştirak etməyə hazır olduğunu bəyan etmişdi. Bu barədə NATO-nun rəsmi nümayəndəsi Oana Lunqesku bəyanat vermişdi.
Bir çox kütləvi informasiya vasitələri Liviyaya qarşı beynəlxalq hərbi əməliyyatların ən yaxın vaxtda başlaya biləcəyini xəbər verirdi. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Danimarka və Norveç də Liviyaya qarşı planlaşdırılan əməliyyatda iştirak etməyə hazır olduqlarını açıqlamışdılar.