Qəddafinin qızı: "Kişi olmayan yerdə kişi mənəm"

Bütün Xəbərlər
19:29 30.03.2011
2141

Ərəb mediasının "Şimali Afrikanın Klaudia Şifferi" adlandırdığı Aişə Qəddafi atasının Bab əl Əziziyyə sarayının qarşısına toplaşan tərəfdarlarının yanındadır və sürəkli olaraq şüarlar söyləyərək kütləni idarə edir.

Əmioğlusu, polkovnik Əhməd əl Qəddafi əl Qəhsiyə ilə nikahda üç övlad anası olan Aişə Liviyanın ən böyük "Vatassimu" xeyriyyə təşkilatına başçılıq edir.

Tunisli bir jurnalistin yazdığı "Aişə Qəddafi: həyat və gözəllik" adlı 92 səhifəlik kitab da ərəb dilindən ingilis dilinə tərcümə edilməyib. Halbuki bu kitab Aişə Qəddafi barədə avtobioqrafik əsərdir.

İraqın mərhum prezidenti Səddam Hüseynin qızları indi İordaniyada sığınacaq tapıblarsa, Aişə Qəddafi vətənini tərk etmək niyyətində deyil.

Qəddafinin qızını əvvəllər Klaudia Şifferə bənzədirdilərsə, indi Bənazir Bhuttoya oxşadırlar. 

Dəlisovluq və dəlisovluqları ilə ad çıxarmış 7 qardaşından fərqli olaraq, Aişə Qəddafi çox soyuqqanlı təsir bağışlayır.
"Son insan və son gülləmizə qədər döyüşəcəyüik. Kişilər həlak olarsa, biz əlimizə silah alacağıq. Kişi olmayan yerdə kişi mənəm", - Aişə Qəddafi bildirdi.

//milli.az

 

OXŞAR XƏBƏRLƏR