Liviya hökumət sözçüsü Musa İbrahim hücumdan sonra Qəddafinin əhvalının yüksək olduğunu bildirib. O, hadisə zamanı 45 nəfərin yaralandığını söyləyərək, Liviya liderinin yaxşı olduğunu açıqlayıb.
Hücumda əsas hədəfin Qəddafi olduğunu deyən Musa İbrahimin sözlərinə görə, ölənlər qərargah və təhlükəsizlik işçiləridir. İbrahim bu kimi hadisələri terror adlandıraraq, Liviya vətəndaşlarını bu yolla qorumağın mümükün olmadığını söyləyib.