Müəmmar Qəddafi tərəfdarları Ban ki Muna Ərəb Ölkələri Liqasının qərargahından çıxarkən hücum ediblər. O, dərhal binaya geri qaytarılıb və hal-hazırda oradadır.
Ərazidə aksiyanın davam etdiyi bildirilir Aksiya iştirakçıları «O, bizi dinləmədən buradan getməyəcək», «Allah,Məhəmməd, Liviya və Qəddafi» şüarları səsləndiriblər.
Əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Bir qədər əvvəl isə həmin ərazidə Qəddafi tərəfdarları ilə əleyhdarları arasında toqquşma olub.