Qəzzafi televiziya vasitəsi ilə çıxış edib

Bütün Xəbərlər
11:56 10.03.2011
1549

Liviya Lideri Müəmmər Qəzzafi deyib ki, ölkə üzərindən uçuşlara qadağa qoyulduğu təqdirdə liviyalılar Qərbə qarşı silahlanacaqlar.

Bu gün Türkiyənin TRT televiziya kanalında yayımlanan müsahibədə  Qəzzafi bildirib ki, belə bir  addım Qərb dövlətlərinin  niyyətinin Liviya neftini ələ keçirmək olduğunu liviyalılara sübut edəcək.

Bu gün  Qəzzafi dövlət televiziyasında xarici əməliyyatların  hökumət əleyhinə üsyanlara səbəb olduğunu təkrar edib.

Zentan şəhərindən bir qrup insan qarşısında çıxış  edən Qəzzafi baş verənlərə görə Əfqanıstan, Əlcəzair, Misir və Fələstin ərazilərindən olan üsyançı elementləri günahlandırıb.

 

OXŞAR XƏBƏRLƏR