AZXEBER.COM portalının “Amerikanın Səsi”nə istinadən verdiyi xəbərə görə, üsyançıların verdikləri məlumata görə Liviyanın qırıcı təyyarələri Sidr qurğusunda bir neft anbarını bombalayıb, hökümətə sadiq qüvvələrin top ateşi nəticəsində isə anbara nəft daşıyan neft kəməri partladılıb.
Bu hücumlar geniş miqyaslı yanğına səbəb olub. Qəzzafiyə sadiq qüvvələr Ras Lanufun Şərqindəki üsyançılara qarşı da hücuma keçiblər və onların bir hissəsi geri çəkilib. Verilən məlumatlara görə Ras Lanufdakı döyüşlər nəticəsində azı bir adam həlak olub.