Qaçqınlar ‘Qaçqınkom’un benzin şüşələri ilə binasına yürüş etdi - VİDEO

Qaçqınlar ‘Qaçqınkom’un benzin şüşələri ilə binasına yürüş etdi - VİDEO
Bütün Xəbərlər
19:30 24.01.2014
1586
Bu gün səhər Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 3126-cı məhəllədə yaşayan bir qrup qaçqın ailəsi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) binası qarşısında aksiya keçirməyə cəhd edib.Virtualaz.org saytının həmin dəqiqələrdə (saat 10 radələrində) “Qaçqınkom”un binası qarşısında prosesi izləyən müxbirlərinin verdiyi məlumata görə, qəbul otağına toplaşan qaçqınların şikayətlərinin araşdırılması üçün gəlmiş müxbirlərin (orada virtualaz.org saytının iki müxbirindən savayı heç bir jurnalist olmayıb-red.) foto və videoçəkiliş aparmasına icazə verilmədi.Qəbul otağında olan polis əməkdaşı müxbirlərin vəsiqələrini də əllərindən alaraq “Qaçqınkom”un qapalı yer olduğunu, buna görə də içəridə çəkilişə icazə verilmədiyini deyib.Qaçqınlar isə komitənin sədri, baş nazirin müavini Əli Həsənovla görüşməyi tələb etdilər. Komitə əməkdaşlarının Əli Həsənovun məzuniyyətdə olmasını bildirməsi qaçqınları daha da hiddətləndirdi.Çantalarında benzin dolu şüşələr olduğunu deyən şikayətçilər komitə rəsmilərinə tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə özlərini yandırmaqla intihar edəcəklərinə dair xəbərdarlıq etdilər. Bundan sonra komitə əməkdaşları ilə qaçqınlar arasında mübahisə yarandı. Az sonra şikayətçiləri Əli Həsənovun müavini Gəray Fərhadov qəbul etdi.Qeyd edək ki, görüşdən sonra qaçqınlardan biri binanın qarşısında özünü yandırmağa cəhd etdi. Lakin digər şikayətçilərin köməyi ilə qadını sakitləşdirmək mümkün oldu. Müxbir o səhnədən yalnız bəzi anları lentə ala bilib.Xatırladaq ki, qaçqınlar evlərinin Bakı Metropoliteni tərəfindən sökülməsinə etiraz edirlər. Onlar sökülən evlərin müqabilində kompensasiya ödənilməsini tələb edirlər.Şikayətçiləri qəbul edən “Qaçqınkom” sədrinin müavini Gəray Fərhadov mübahisəli məsələnin məhkəmə müstəvisində olduğunu dedi: “Komitə heç bir məcburi köçkünü yaşadığı, məskunlaşdığı ərazidən məcburən, zorla köçürmür. Hətta sizin şikayətinizlə bağlı məlumat da vermişik. İndi sizə verilən evləri Bakı Metropoliteni alıb. Biz isə həmin evləri sizə təqdim eləmişik. Amma bu, o demək deyil ki, komitə sizə kompensasiya ödənilməsinə qarşıdır. Sizə kompensasiya ödənilərsə, biz niyə buna qarşı çıxaq?!”G.Fərhadov söylədi ki, hazırda iş Ali Məhkəmədədir: “Bu işə məhkəmə baxır. Ali Məhkəmənin qərarını gözləyin”.Şikayətçilər isə qərar olmadan söküntü işlərinə başlanıldığını dedilər: “Bir qurumun sözü ilə digərinin dediyi üst-üstə düşmür. Bəs biz kimdən kömək istəyək? Qapısında 3-4 xarici maşın olanlarlar “meşok”la pul aldılar. Hələ biri var, prokuror idi, bu yaxınlarda oğlunun bahalı maşınlarına görə vəzifəsindən də çıxardıblar, onun evinə, torpağına qədər hər şeyə görə pul ödədilər. Hətta boş torpaq sahəsinə görə də kompensasiya ödənildi. Bizdə hamının siyahısı var. Biz haqq-ədalət tələb edirik. Hüquqlarımız bərpa olunmayanadək yolumuzdan dönməyəcəyik. Bu haqsızlığın sonu ölümdür”.Sədr müavini qaçqınların “intihar edəcəyik” xəbərdarlığına da əsəbiləşdi. O, intiharın günah olduğunu söyləyəndən sonra Azərbaycanda qaçqınlara göstərilən xidmət və güzəştlər haqda danışıb.Qəbuldan çıxandan sonra qaçqınlar “bizi 3 ildir bu cür qarşılayıb yola salırlar” deyə “Qaçqınkom” məmurlarına xəbərdarlıq etdilər.Məcburi köçkün Ənvər Həsənov isə nəvələrinin yanında xəcalət çəkdiyini dedi: “8 nəfərlik ailə üzvlərimə 2 otaq verdilər. Metropolitenin göstərişi ilə Binəqədinin polis əməkdaşları evimin əşyalarını zorla maşına yığıb aparıb həmin o iki otağa töküblər. Mən o vaxt bir az çılğınlıq elədim, onda ev bölgüsünü yerinə yetirən “Qaçqınkom”un nümayəndəsi Elman müəllim mənə dirsəyini göstərdi. Mənim 8 nəfərlik ailə üzvümə ikiotaqlı ev verdilər”.Məcburi köçkünlər evlərinin sabah - yanvarın 25-də söküləcəyi barədə məlumat aldıqlarını dedilər: “Hamımız benzin şüşələri ilə gözləyirik. Sabah ailəmizlə birgə özümüzü yandıranda qulaqlarına pambıq tıxamış məmurlar cavab verməli olacaqlar”.Qeyd edək ki, Bakı Metropoliteni mətbuat xidmətinin rəisi Nəzakət Tarıverdiyeva mətbuata açıqlamasında Binəqədi rayonu ərazisində sökülən evlərin metropolitenə aid olmadığını açıqlayıb. N.Tarıverdiyeva deyib ki, hazırda depo ərazisində heç bir söküntü aparılmır: “Binəqədi rayonunda sökülən evlərin Bakı Metropoliteninə aidiyyəti yoxdur. Əslində bundan əvvəl söküntü işləri var idi, amma onların da kompensasiyası verilib. Yayılan xəbərlərin heç biri doğru deyil”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR