Qaçqınların binasından çoxlu silah tapıldı

Qaçqınların binasından çoxlu silah tapıldı
Bütün Xəbərlər
17:23 22.07.2015
2427
DİN məlumat yayıb.
Abşeron rayonunda qaçqınlar üçün tikilmiş binadan odlu silah və çoxlu patron tapılıb.
Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Masazır qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış sahəsində “AKM”, “TOZ-18” və “Karabin” markalı, nömrələri silinmiş 3 ədəd odlu silah, 165 ədəd patron, 5 ədəd patron darağı və 2 ədəd süngü-bıçaq tapılıb.
OXŞAR XƏBƏRLƏR