Qadınlar artıq xəyanət edə bilməyəcəklər

Bütün Xəbərlər
20:33 13.11.2010
3353

Florensiya institutunun elmi işçisi Cüzeppe Rayonni bildirib ki, preparat yalnız qadınlara təsir edir və o hormonal korreksiyanı nəzərdə tutur.

Hesab olunur ki, boşanmaların səbəbi, adətən, qadının xəyanət etməsilə bağlıdır və bu da endrokrin və əsəb sistemindəki pozuntulardan irəli gəlir. Buna yol verməmək üçünsə, qadınları nikahda olduqları kişilərə meyilli olmasını təmin etmək lazımdır. Buna isə orqanizmdə hormonların balansını yaratmaqla yanaşı, qadınların seksual hissləri yalnız öz ərlərinə qarşı keçirmələrini təmin etməklə nail olmaq olar.

İtalyan alimlərin yaratdığı preparat «Female fidelity» (Qadın vəfası) adlanır. Dərmanın tərkibinə testosteron və kiçik həcmdə neyrostimulyatorlar daxildir. Bu neyrostimulyatorlar qadınların ehtirasına yalnız ərləri onlara toxunduqda təsir etməyə başlayır. Preparatın iş mexanizmi çox sadədir. Məsələ burasındadır ki, seksual münasibətlərdə konkret partnyora qarşı müəyyən maddələr yaranır. Elə bu preparat həmin maddələrin səviyyəsini nəzarətdə saxlayır.

Tədqiqatçılar həm də xəyanətlərin səbəblərini axtarırlar. Maraqlıdır ki, bioloqların qənaətincə, qadınlarda şüur altında analıq hissi oyanır. Belə ki, xəyanətlərin çoxu ovulyasiya dövründə, yəni ayda 7 gün dövründə, qadının ana olmaq üçün şanslarının daha çox olduğu bir dövrdə baş verir. Alimlər qeyd edirlər ki, xəyanət qanunsuzluq deyil, əksinə, növün sağqalma üsuludur və bu üsul genetik kodda yazılıb. Elə bundan irəli gələrək belə hesab olunur ki, monoqamiya, yəni birnikahlıq qayda yox, istisnadır.

OXŞAR XƏBƏRLƏR