Qadınların kökəlməsinin səbəbkarı tapıldı

MARAQLI
10:45 15.03.2011
2075

Əri və ya sevgilisilə bir evdə yaşayan qadınlar digərlərilə müqayisədə daha sürətlə kökəlir. Dietoloq Devid Heslem bildirir ki, bu, ilk növbədə belə qadınların ərlərilə birgə qidalanan zaman daha çox yeməsilə bağlıdır. Ərinə qoşulan qadın az qala kişi qədər yeməyə başlayır.

Bundan başqa, ərdə olan qadın rasionundan meyvə-tərəvəzi azaldır. Üçüncüsü, əri və ya sevgilisilə restoranlara daha tez-tez gedir ki, bu da təsirsiz ötüşmür. Hamiləlikdən qoruyan dərmanlar qəbul edildikdən 3 ay sonra qadının orqanizminə təxminən 1,5 kiloqram çəki gətirir. Hər doğulan uşaq isə qadını daha 1,5 kiloqram kökəldir.

Nəhayət, müasir məişət texnikası qadının «əlini ağdan qaraya vurmamasına» səbəb olur və bu da onun fiziki fəallığını azaldır.

//milli.az

OXŞAR XƏBƏRLƏR