Sloveniyanın daxili işlər nazirinin çılpaq şəkilləri ölkə gündəmindən düşmür.
AZXEBER.COM portalının verdiyi xəbərə görə, 37 yaşlı Katarina Kresalın nazir postundan istefa verməsinin ardından, onun çılpaq fotoşəkilləri mətbuatda yayılıb. 2008-ci ilin 10 noyabr tarixindən vəzifədə olan qadın nazirə qarşı yeni iddialar səsləndirilir. Sloveniyanın Milli İstintaq Bürosunun (NSI) araşdırmalarına görə, Katarinanın özü, anası və qohumları böyük miqdarda rüşvət alıblar.Buna görədə o, avqust ayında vəzifədən getməyə məcbur olub. Bu qalmaqallı istefanın ardından, Katarinanın dənizdə dincələrkən çəkdirdiyi fotoşəkillər yayılıb.
Qeyd edək ki, 37 yaşlı Katarina Kresal “Liberal Demokrat Partiya”nın sədri vəzifəsini daşıyırdı. O, gənc yaşda siyasətə gəlməsinə baxmayaraq, böyük yüksəlişlər əldə etmişdi. Hətda, bir çox politoloqlar Katarina Kresalı gələcəyin baş naziri olacağını istisna etmirdilər.