Türkiyə vətəndaşı ilə ailə quraraq, bu ölkəyə köçən rus qadının həyatı kabusa dönüb.AZXEBER.COM-un “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, istirahət üçün İstanbula gələn 29 yaşlı Rusiya vətəndaşı E.S. burada tanış olaraq, 2011-ci ildə ailə qurduğu 51 yaşlı C.Y-nin cəzalandırılmasını tələb edib.Qadın prokurorluğa verdiyi ifadəsində evləndikləri ilk gündən ərinin təzyiqi altında olduğunu bildirib. Onun sözlərinə görə, son olaraq, bir müddət əvvəl şəhərdə birgə gəzinti zamanı yenə mübahisələri düşüb və ərindən evə getmək üçün pul istəyib.Cavabında isə əri onu küçənin ortasında döyərək, “Pul lazımdır, get fahişəlik et, qazan” deyib.Amma rus qadının dediklərinin əksinə olaraq, əri onun bu ittihamlarını rədd edir. Lakin prokurorluq kişiyə qarşı xəsarət yetirmə və təhqir maddələri ilə cinayət işi açıb. Bu ittihamların sübut olunacağı təqdirdə, kişi 2 il 3 aydan 7 il müddətinə qədər həbsxanada yatmalı olacaq.