Türkiyənin tanınmış yazıçı – jurnalisti və politoloqu, Nəcməddin Ərbakanın rəhbəri olduğu “Refah” partiyasından millət vəkili olmuş Nazlı İlıcaq canlı yayımda “Qalatasaray”ın çenpionluğunu qəribə şəkildə qeyd edib. Hadisə "CNN Türk" kanalında Nagihan Alçının təqdim etdiyi, Nazlı İlıcaq, Altan Öymen və Ənvər Aysevərin iştirak etdiyi “Dörd bir tərəf” proqramında baş verib.
Qeyd edək ki, aparıcı Nagihan Alçı proqramın iştirakçısı Ənvər Aysevərə çıxış üçün söz verir. Nazlı İlıcak isə üzr istəyərək, “Nagihan, 1 dəqiqə. Mən futbola aid çox şey bilmirəm. Bildiyim bir şey var, re-re-re, ra-ra-ra, Qalatasaray-Qalatasaray cim-bom-bom” – deyib.
Bu vaxt studiyanın auditoriyasında oturanlar da Nazlı İlıcaqa alqışlarla dəstək veriblər.