“Qadınlar Diqqət Mərkəzində” layihəsi çərçivəsində maarifləndirmə kampaniyası yekunlaşıb

GƏNCLİK
14:32 19.03.2024
3327
BMT-nin Əhali Fondunun (UNFPA) gender əsaslı zorakılığa (GƏZ) məruz qalmış qadın və qızların mövcud müdafiə və dəstək mexanizmlərinə dair məlumatlandırılması məqsədilə həyata keçirdiyi 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş maarifləndirmə kampaniyası başa çatıb.
 
AZXEBER.COM xəbər verir ki, əsas məqsədi GƏZ və məişət zorakılığına dair ictimaiyyətin maarifləndirilməsi prosesinə dəstək olaraq mövcud mübarizə imkanlarını işıqlandırmaq olan kampaniyanın hədəf kütləsi psixoloqlar, hüquqşünaslar, sosial işçilər, müəllimlər, jurnalistlər və fəal vətəndaşlardan ibarət olub.

Ümumilikdə 240 nəfərə yaxın şəxsin iştirakı ilə ölkənin 4 regionunda - Bakı, Sumqayıt, Bərdə və Gəncədə baş tutan 2 günlük təlim sessiyalarında gender ekspertlər Məryəm Məcidova və Günel Mehdiyeva tərəfindən GƏZ-lə mübarizədə icmanın rolu, zorakılıq hallarının davamlılığına təkan verən stereotiplər və yanaşmalar, vəkillər Rövşanə Rəhimli, Sərdar Zeynalov, Natiq Əliyev və Fariz Namazlı tərəfindən isə məişət zorakılığı ilə mübarizədə hüquqi mexanizmlər, real məişət zorakılığı keyslərinin praktikada həlli, vətəndaşların bu mübarizədə öhdəlikləri və imkanları kimi mövzular işıqlandırılıb.

Təlimlərlə yanaşı, kampaniya ərzində sosial şəbəkələrdə də maarifləndirmə aparılıb. Belə ki, GƏZ-lə bağlı geniş yayılmış miflər, mühafizə orderi üçün müraciət qaydaları, GƏZ-lə mübarizə sahəsində fəaliyyət göstərən dəstək xətləri və s. mövzularda məzmunlar hazırlanaraq sosial şəbəkələr vasitəsilə paylaşılıb.

Qeyd etmək lazımdır ki, kampaniya Yaponiyanın "Takeda Pharmaceuticals Company Limited" əczaçılıq şirkətinin maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun həyata keçirdiyi "Qadınlar diqqət mərkəzində: qadınlara qarşı zorakılıq pandemiyası ilə mübarizə" proqramı çərçivəsində "Gender Hub Azerbaijan” tərəfindən icra olunur.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər