"Qadınlara qarşı zorakılığın artması hamımızı ciddi narahat etməlidir" - Qənirə Paşayeva

SOSİAL
13:10 23.10.2019
3242
Millət vəkili Qənirə Paşayeva MM-də hökümət və parlamenti qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasını (İstanbul Konvensiyasını) imzalamağa və ratifikasiya etməyə çağırıb.

AZXEBER.COM xəbər verir ki, Milli Məclisdə "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva çıxış edərək bu konvensiyaya qoşulmağımızın, bununla bağlı qanunun qəbul olunmasının vacibliyi haqqında geniş fikirlərini bölüşüb. Qənirə Paşayeva 18 yaşına çatmamış uşaqlarımızı qorumaq üçün bütün vacib qanun və qərarları qəbul etməli və onların yerinə yetirilməsi istiqamətində müvafiq qurumlar ciddi addımlar atmalıdır deyib və bir sıra təkliflərlə çıxış edib.
 
Millət vəkili Qənirə Paşayeva hökümət və parlamenti digər vacib bir konvensiyanı - qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasını (İstanbul Konvensiyasını) da imzalamağa və ratifikasiya etməyə çağırıb. Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması istiqamətində ölkəmizin birinci vitse prezidenti Mehriban xanım Əliyevanın millət vəkili kimi fəaliyyət göstərdiyi dövrdə qanunvericilik sahəsində önəmli addımlar atıldığını vurğulayan millət vəkili Qənirə Paşayeva ölkəmizin bu konvensiyanı imzalaması və ratifikasiya etməsi dövlətimizin beynəlxalq imici üçün də vacib bir məsələdir, amma ən əsası bu ilk növbədə bizim insanlarımız üçün lazımdır deyib.
 
İlk öncə zorakılıq qurbanı olan qadınlarımızın, məişət zorakılığının qurbanı olan insanlarımızın hüquqlarının daha yaxşı qoruna bilməsi üçün lazımdır deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, qadınlara qarşı zorakılığın, məişət zorakılığının artması hamımızı ciddi narahat etməlidir və dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi bu cür ciddi narahatlıq doğuran problemlə mübarizə istiqamətində fəaliyyətimizi daha da gücləndirməliyik.
 
Ona görə də mən qısa zaman da bu konvensiyanın da imzalanıb, ratifikasiya edilməsinə və ümumiyyətlə qadınlara qarşı zorakılıq, məişət zorakılığı ilə daha fəal və sərt mübarizəyə çağırıram .

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:41 13.07.2020

Ukrayna XİN: “Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır” - BƏYANAT

22:35 13.07.2020

Çavuşoğlu: “Can Azərbaycana canımız fəda” - VİDEO

22:13 13.07.2020

Gənclərin koronavirusa daha həssas olduğu üzə çıxdı

21:24 13.07.2020

Ermənilərin 20 nəfərdən çox şəxsi heyəti darmadağın edildi - VİDEO

20:37 13.07.2020

Ermənilərin atdığı top mərmisi bu evə düşüb

19:53 13.07.2020

Yuxarı Ağcakəndə güclü leysan yağıb, təsərrüfata və əhaliyə ziyan dəyib - VİDEO

19:47 13.07.2020

ATƏT Minsk qrupu həmsədrləri: Qarabağda gərginləşməyə yol vermək olmaz

19:31 13.07.2020

XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır” - VİDEO

19:17 13.07.2020

Gürcüstan prezidenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı

18:35 13.07.2020

Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ

18:27 13.07.2020

"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"

18:25 13.07.2020

"Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur"- Rəsmi

17:59 13.07.2020

Rəhim Qazıyev saxlanıldı və barəsində cinayət işi başlanıldı

17:50 13.07.2020

Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb

17:27 13.07.2020

Ermənilər itkilərini etiraf etməyə başladılar

17:22 13.07.2020

MTRŞ-dan telekanallara: Daha operativ davranmağı tövsiyə edirik