Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvarla bağlı bəyanat yaydı

Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvarla bağlı bəyanat yaydı
Bütün Xəbərlər
12:46 18.01.2013
699
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar bəyanat verib. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda faciə ilə yanaşı 20 Yanvar günü xalqımızın milli müstəqillik, azadlıq uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilib."Təpədən dırnağadək silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalq diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxt bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, onu hüquqa, demokratiyaya, humanizmə zidd hadisə kimi səciyyələndirdi", - bəyanatda deyilir.QMİ-nin bəyanatında vurğulanır ki, bu ümummilli hüzn və eyni zamanda, fəxarətli tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşlarımızın, o cümlədən dindarların Allah, Vətən qarşısında müqəddəs borcudur".
OXŞAR XƏBƏRLƏR